Həsən Ruhani

Həsən Ruhani: "Problemlərlə üzləşməyə hazır olmalıyıq"

325
(Yenilənib 16:26 01.01.2018)
İran prezidenti: "Xalqın problemləri var və həmin problemlər həll olunmalıdır"

BAKI, 1 yanvar — Sputnik. İran prezidenti Həsən Ruhani ölkədə bəzi problemlərin həlli üçün zamana ehtiyac olduğunu bəyan edib. APA-nın Tehran bürosunun məlumatına görə, bu gün H.Ruhani İran Şura Məclisinin xüsusi komissiya sədrləri ilə keçirdiyi birgə iclasda çıxışında deyib ki, xalqın etirazı bir fürsətdir, təhlükə deyil.

Ruhani ötən 10 ildə ölkədə yağıntıların miqdarı 55 faiz azaldığını, ölkənin müxtəlif bölgələrində zəlzələlər baş verdiyini, ölkədə havanın çirklənmə səviyyəsi ilə bağlı problemin də olduğunu qeyd edib. İran prezidenti bildirib ki, havanın çirklənməsi problemini 2 günə, bir ilə, 5 ilə həll etmək mümkün deyil, bunun üçün proqram həyata keçirilməlidir. ABŞ və İsrailin İranın uğur qazanmasını istəmədiklərini, rəsmi Tehranın regional siyasətinin bu qüvvələri narahat etdiyini vurğulayan İran prezidenti ABŞ və İsraili İranda gərginlik yaratmağa çalışmaqda ittiham edib.

"İstəyirsiz onlar intiqam almasın? Ölkə daxilində bəzi şəxsləri gərginlik yaratmaq üçün qızışdırmasınlar? Biz özümüzü bu problemlərlə üzləşməyə hazır etməliyik. Onlar öz dilləri ilə deyib ki, biz bu problemi Tehrana çəkəcəyik. Bu, analiz deyil, bunu açıq-aşkar elan ediblər. İran xalqı möhkəm iradəsi ilə bu problemlərin öhdəsindən gələcək. İslam İnqilabının dəyərlərinə hörmətsizlik edən, xalqın istəyinə və qanunlara zidd hərəkət edən, xalqın malına ziyan vuran kiçik bir qrupun əl-ayağını yaxşıca bağlaycağıq" — dövlət başçısı bildirib.

H.Ruhani etiraz aksiyalarında iştirak edənlər arasında aldadılanların da olduğunu söyləyib: "Onlar öz tələblərində haqlıdırlar, problemlərinin həllini istəyirlər. Hökumətə aid olmayan bəzi qanunsuz müəssisələr və korporasiyalar mənimsəmələrə yol verib, onları aldadıb. Həmin müəssisələrin Mərkəzi Bankdan lisenziyası belə olmayıb. Hökumət bu problemləri həll etmək üçün indiyədək 11 milyard tümən pul ayırıb".

"Bu hökumətin çiynində ağır bir yükdür, amma bizə aidiyyatı olmasa da, biz bunu etdik. Bəziləri qanunsuz müəssisələrə inanaraq aldadılıb, pulu hökumət ödəyir. Hökumət indiyədək həmin müəssisələrdə aldadılan insanların 98 faizinin problemini həll edib. Ola bilər ki, itirdikləri məbləğ böyük olduğu üçün o insanlardan 2 faiz hələ qalıb, lakin hökumət onların da probleminin həlli üçün çalışır" — o, əlavə edib.

Ruhani qeyd edib ki, işsizlik probleminin köklü həlli üçün hələ çox işlər görülməlidir: "Xalqın problemləri var, bu, təbiidir. Problemlər həll olunmalıdır. Əgər bir neçə nəfər etiraz edirsə, tənqid edirsə, onların bunun üçün hüquqları var. Qanuni yolla öz tənqid və etirazlarını bildirməlidirlər. Bəziləri bundan sui-istifadə edərək gərginlik yaratmağa çalışırlar".

İran prezidenti ölkə xalqını və məsul şəxslərini birliyə çağırıb: "Parlament və hökumət xalqa məxsusdur, əl-ələ verib xalqın problemlərini həll etməliyik. Düşünürəm ki, vəhdət və birliklə bu problemlərin öhdəsindən gələ bilərik".

325
Teqlər:
tələb, problem, Həsən Ruhani, prezident, İran
Əlaqədar
Vaşinqton İranda baş qaldıran etiraz aksiyalarını rəsmən dəstəklədi
Donald Trampdan İran hadisələrinə ilk reaksiya
İrandakı etirazların ilk nəticəsi: "Telegram" və "Instagram" bağlandı
İranda aksiyalar zamanı iki nəfərin öldüyü təsdiqlənib
ABŞ və İsraildən gizli İran planı
Tarkan, arxiv şəkli

Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"

31
(Yenilənib 09:57 24.10.2020)
Bu dəfə meqastar Tarkan və müğənni Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim ediliblər.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistanın Qarabağda davam edən döyüşlərdə türkiyəli məşhurlardan istifadə edərək dezinformasiya yaymağı Türkiyə KİV-nin gündəmini zəbt edib.

Sputnik Azərbaycan xəbər verir ki, ölkənin tanınmış telekanalları və xəbər portalları məlumat yayaraq ermənilərin çirkin təbliğata əl atdıqlarını qeyd edib.

Həmçinin məşhurların hərbi xidmətdə çəkilən fotolarının düşmən ölkənin mətbuatında yer alıb. Bu dəfə meqastar Tarkan və Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim edilib.

Qeyd edək ki, bundan öncə ermənilər məşhur simalar - müğənni Sərdar Ortac, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk və sosial şəbəkə fenomeni Burak Özdemiri öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.

31
Nəsrin Cavadzadə

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Gəncə terroru ilə bağlı paylaşım edib

80
(Yenilənib 22:45 23.10.2020)
Aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin bir çox məşhur serial və filmlərində rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə oktyabr ayının 16-dan 17-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsi ilə bağlı özünün "Instagram" səhifəsində paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb.

View this post on Instagram

I am from Azerbaijan and my heart is bleeding. 🇦🇿

A post shared by nesrin cavadzade (@nesrin.cavadzade) on

Aktrisa həmçinin Azərbaycan bayrağı əks olunmuş köynək geyinərək "Yurdum, yuvam, məskənimsən" paylaşımı edib.

80
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

0
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0