İranda etirazlar, 30 dekabr 2017-ci il

Vaşinqton İranda baş qaldıran etiraz aksiyalarını rəsmən dəstəklədi

753
(Yenilənib 11:41 01.01.2018)
"Birləşmiş Ştatlar İran xalqının dinc şəkildə öz fikrini ifadə etmək hüququnu dəstəkləyir"

BAKI, 1 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatları (ABŞ) İrandakı kütləvi aksiyalarla bağlı açıqlama verib. ABŞ ilk dəfə olaraq aksiyaları rəsmən dəstəklədiyini bəyan edib.

Sputnik xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Sözçü Sara Sanders deyib ki, Birləşmiş Ştatlar İran xalqının dinc şəkildə öz fikrini ifadə etmək hüququnu dəstəkləyir: "Xalqın səsi eşidilməlidir".

Sanders bütün tərəfləri söz azadlığına hörmətlə yanaşmağa və senzuraya kömək edən istənilən fəaliyyətə yol verməməyə çağırıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iki gün öncə "Twitter" sosial şəbəkəsində İranda keçirilən aksiyalara dəstəyini ifadə edib.

Tehranda etirazlar. 30 dekabr 2017-ci il
© REUTERS
Tehranda etirazlar. 30 dekabr 2017-ci il

Onu da qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Lurestan vilayətindəki etiraz aksiyalarında polislə toqquşmalar zamanı iki nəfər ölüb.

753
Teqlər:
Sara Sanders, kütləvi aksiya, xalq, İran, Amerika Birləşmiş Ştatları, ABŞ
Mövzu:
İran İslam Respublikasında etiraz dalğası (18)
Əlaqədar
Donald Trampdan İran hadisələrinə ilk reaksiya
İrandakı etirazların ilk nəticəsi: "Telegram" və "Instagram" bağlandı
İranda aksiyalar zamanı iki nəfərin öldüyü təsdiqlənib
ABŞ və İsraildən gizli İran planı