Вид на телебашню Бордже Милад в Тегеране, Иран

ABŞ İsraildən gizli İran planı

971
(Yenilənib 22:07 30.12.2017)
İsrail ilə ABŞ-ın İranı dayandırmaq üçün yeni bir gizli plan üzərində razılaşdığı bildirilib

BAKI, 30 dekabr — Sputnik. "Jerusalem Post" qəzetinə danışan ABŞ rəsmiləri, İsrail ilə ABŞ-ın İranı dayandırmaq üçün yeni bir gizli plan üzərində razılaşdığını deyib.

Sputnik Azərbaycan bu barədə "Sabah"a istinadla xəbər verir.

Məlumatda ABŞ və İsrail nümayəndə heyətlərinin müştərək iş apardığı qeyd olunub. Bu heyətlərin "Hizbullah"a verdiyi dəstək başda olmaqla İranın regiondakı fəaliyyətinə qarşı tədbirlər təşkil etdiyi və müharibə sonrası Suriya məsələsində ortaq siyasəti inkişaf etdirəcəyi də qeyd edilib.

971
Mövzu:
İran İslam Respublikasında etiraz dalğası (18)
Əlaqədar
Bağırzadə: “Milli valyuta ilə ticarət aparılması İran üçün aktualdır”
Məmmədov: “Rusiya və İran hələ Suriyada qalacaq”
Vəlizadə: “Azərbaycan, İran və Türkiyə əməkdaşlığında siyasi maraqlar var”
İran vətəndaşı özü ilə zəhərli metal gətirmək istədi

Çavuşoğludan Makrona sərt cavab: "Bu günədək Ermənistanı dəstəkləməkdən başqa etdiniz?

153
(Yenilənib 13:38 30.09.2020)
Türkiyənin Xarici İşlər Naziri: "Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan, yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. "Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Qarabağla bağlı bəyanatına dair şərhinə münasibət bildirərkən qeyd edib.

Çavuşoğlu Makronu dürüst olmağa çağırıb: 

"Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz. Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir. Bizim qardaş ölkə üçün açıqlamamızın harası təhlükəlidir? Sən də dürüst şəkildə çıx de ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və buradan geri çəkilməlidir. De ki, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var və mən də bu BMT Təhlükəsizlik Şurasının daimi üzvüyəm. Dürüst davransın, biz də onu təbrik edək".

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmauel Makron Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatını düşünülməmiş və təhlükəli adlandırıb.

153
İskəndər M raket kompleksi

Paşinyan Azərbaycana qarşı "İsgəndər" "Su-30SM" qırıcılarının tətbiqindən danışdı

272
(Yenilənib 13:23 30.09.2020)
"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir" - Paşinyan

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycana qarşı "İsgəndər" operativ-taktiki raket komplekslərinin və "Su-30SM" qırıcılarının tətbiqi imkanı məsələsini şərh edib.

"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir", - deyə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

272
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov

Professor: “Koronavirusa yoluxmaların sayının yenə azalacağı gözlənilir”

0
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyir ki, yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil
Akif Qurbanov: “Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür”

“Ölkədə hazırkı epidemioloji vəziyyət tam nəzarət altındadır. Görülən tədbirlər nəticəsində yoluxma sayları əhəmiyyətli dərəcədə azalıb. Hazırkı vəziyyət böyük narahatlıq doğurmur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor Akif Qurbanov bildirib ki, əgər vəziyyət belə davam edərsə, yoluxmaların sayının yenə azalacağı gözlənilir:

“Bu zaman bəzi məhdudiyyətlər olmaq şərti ilə öz sərbəst həyatımızı davam etdirə biləcəyik. Yoluxma sayı paytaxtda çox olsa da, bölgələrdə bu məlumatlar dəyişir. Əgər gələcəkdə hər hansı bir bölgədə yoluxma sayı kəskin şəkildə artarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər. Hələ ki, belə tədbirlərə ehtiyac yoxdur. Yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil. Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür. İnanıram ki, yaxın vaxtlarda bizim də milli peyvəndlərimiz, başqa preparatlarımız olacaq”.

Akif Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0