Зенитные ракетные комплексы C-400, фото из архива

Moskva Vaşinqton arasındakı növbəti gərginliyin səbəbi nədir?

223
Rusiyanın Suriyada Hmeymim aviabazasına ötən günlərdə təşkil olunan raket hücumu Moskva ilə Vaşinqton arasında yeni gərginliyə yol açıb

BAKI, 30 dekabr — Sputnik. Rusiyanın Suriyada Hmeymim aviabazasına ötən günlərdə təşkil olunan raket hücumu Moskva ilə Vaşinqton arasında yeni gərginliyə yol açıb.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Rusiya raketlərin ABŞ tərəfindən təlim keçirilən müxaliflərə verdiyini iddia edib. Rusiya bazasına yönəlik raket hücumu 27 dekabr tarixində baş tutub. Hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi ilk başda səssiz qalmağa üstünlük verib. 

Sonra böhran hərbi və diplomatik kanallardan aparılan müzakirələrlə qızışıb. Hmeymim bazasının raket hücumuna uğradığını ilk olaraq Ərəb qəzeti "El Masdar" bildirib.

Rusiyanın Hmeymim hərbi bazasına hücum Rusiya müdafiə naziri Sergey Şoyqunun Hmeymim və Tartus ən az 25 il müddətinə Rusiyanın bu ölkədəki daimi hərbi bazaları olacaq açıqlamasından sonra olub. 

223
Əlaqədar
ABŞ Türkiyə qarşısında geri çəkildi: Viza böhranı həll edilib
Sadıxov: “ABŞ beynəlxalq hüququ qəbul etmir”
ABŞ-da adını dəyişən azərbaycanlıdan ilginc açıqlamalar: erotika, seks...
ABŞ-ın Bakıdakı səfirliyində silahlı hücum həyəcanı
Qrenlandiyada əriyən buzlar ABŞ-ın gizli silahlarını ortaya çıxarıb