Король Иордании Абдалла Второй в Сеуле

Bu iddia ərəb dünyasını qarışdıracaq

358
(Yenilənib 12:40 30.12.2017)
İordaniya xüsusi xidmət orqanları bu barədə kral Abdullaha məlumat verib və o iki qardaşını və əmisioğlunu ordudakı vəzifələrindən çıxardaraq ev dustağı edib

BAKI, 30 dekabr — Sputnik. İordaniya Kralı 2-ci Abdullahın Səudiyyə Ərəbistanın başçılığı ilə özünə qarşı çevriliş cəhdi olacağı şübhəsi ilə iki qardaşını və əmisioğlunu ordudakı vəzifələrindən çıxardaraq ev dustağı etdiyi iddia edilib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, iddiaya görə, beləliklə ehtimal olunan bir dövlət çevrilişi cəhdinin qarşısının alınıb.

İddiaya görə, İordaniya xüsusi xidmət orqanları bu barədə kral Abdullaha məlumat verib və o iki qardaşını və əmisioğlunu ordudakı vəzifələrindən çıxardaraq ev dustağı edib.

358
Əlaqədar
Ərəb müşavir Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
Ərəb turistlər Bakı sakinlərini heyrətə saldılar
Ağ Evdən ərəb dünyasına çağırış
Raket buraxılışı, arxiv şəkli

Rusiya ABŞ-ın Avropadakı hipersəsli raketlərlə bağlı açıqlamasına cavab verdi

16
(Yenilənib 16:14 29.10.2020)
"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur"

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ milli təhlükəsizlik müşaviri Robert O'Brayenin Rusiyanı cilovlamaq üçün Avropada hipersəs silahları və ballistik raketlər yerləşdirməyə hazır olduqlarına dair açıqlamasına reaksiya verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfir bu addımın Avropada raket silahlanma yarışının başlamasına rəvac verəcəyini bildirib.

"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur. Əgər Vaşinqton həqiqətən "silahlanma üzərində real nəzarət"də maraqlıdırsa, o zaman Avropa qitəsində raket silah yarışının eskalasiyasına ehtiyac yoxdur", – deyə Antonov səfirliyin "Facebook" səhifəsində yayımlanan şərhdə bildirib.

Diplomat Prezident Vladimir Putinin Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında Müqavilənin (INF) deeskalasiyası vəziyyətində irəli sürdüyü təklifləri "konstruktiv alternativ" adlandırıb.

"Rusiya Avropa qitəsində və dünyanın digər bölgələrində yeni bir raket silahlanma yarışının qarşısını almaq üçün xarici tərəfdaşlarla ortaq səylər göstərməyə hazırdır", – deyə Antonov bildirib.

Qeyd edək ki, INF Müqaviləsi qlobal strateji sabitliyi təmin etmək məqsədi daşıyırdı. 2019-cu ilin avqust ayında ABŞ Rusiyanı qadağan edilmiş 9M729 raketini hazırlamaqda və sınaqdan keçirməkdə günahlandıraraq müqavilədən çıxıb. Moskva isə bəyan edib ki, o, yolverilən radiusda – 500 kilometrdən qısa məsafədə hərəkət icazəsinə sahibdir.

Xatırladaq ki, oktyabrın 26-da Vladimir Putin INF Müqaviləsi başa çatması fonunda gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağı təklif edib. Rusiya lideri qarşılıqlı razılaşma prinsipinə əsaslanan nəzarət mexanizmlərinin işlənib-hazırlanmasının vacibliyini vurğulayıb.

16
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb 366 ölü

13
(Yenilənib 15:15 29.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb

BAKI, 29 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 17717 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 366 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44,4 milyonu keçib, 1,17 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

13
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Kritik vəziyyət: Gürcüstanda 20, Ermənistanda 29 nəfər koronavirusdan öldü
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Koronavirus daha tez öldürməyə başlayıb
Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı
Müslüm Maqomayev

Moskvada Müslüm Maqomayevin abidəsi təhqir edildi

0
(Yenilənib 18:45 29.10.2020)
Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

BAKI, 29 oktyabr - Sputnik. Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. 

Qeyd olunub ki, lövhəcik aşkar edilən kimi dərhal sökülüb.

"Faktla bağlı səfirlik Moskvanın hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb və dərhal bütün lazımi tədbirlər görülüb. Bu təxribatı törədənlər müəyyənləşib və Rusiya qanunvericiliyi çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar", - bəyanatda deyilir.

0