Məşhur idmançılar təyyarədən qovuldular - adyal oğurluğuna görə

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidBasketbol
Basketbol - Sputnik Azərbaycan
Abunə olmaq
Basketbolçular təyyarədən irqi ayrı-seçkiliyə görə qovulduqlarını bildiriblər

BAKI, 28 dekabr — Sputnik. ABŞ-ın Dallas hava limanında qəribə hadisə yaşanıb. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, iki nəfər amerikalı professional basketbolçu adyal oğurladıqlarına görə təyyarədən qovulub.

Dallas Hava Yolları şirkəti yazılı açıqlama verərək, basketbolçuların səbəb olduqları oğurluq hadisəsinə görə sərnişinlərdən üzr istəyib.

Adyal oğurluğu edənlərin NBA liqasında çıxış edən "Memphis Hustle" komandasının basketbolçuları Markez Tiqua və Trason Börıl olduğu açıqlanıb.

Basketbolçular isə oğurluq iddialarını rədd ediblər. Onlar təyyarədən irqi ayrı-seçkiliyə görə qovulduqlarını bildiriblər.

Xəbər lenti
0