Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış müğənninin əmisi oğlunu öldürdülər

CC0 / Skitterphoto / GunПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb

BAKI, 27 dekabr — Sputnik. Dünyaca məşhur amerikalı müğənni Rihannanın əmisi oğlu Tavon Kaisen silahı hücum nəticəsində öldürülüb. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, 21 yaşlı Kaisen küçədən keçərkən arxadan güllələnib.

A post shared by badgalriri (@badgalriri) on Dec 26, 2017 at 7:16pm PST

Hadisə şahidləri bildiriblər ki, bir nəfər ona yaxınlaşıb və anidən bir neçə dəfə atəş açıb. Xəstəxanaya aparılan Tavon Kaisenin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən xəbər tutan Rihanna bunları deyib: "İnana bilmirəm. Dünən gecə birlikdə Milad Bayramını qeyd etmişdik".

Xəbər lenti
0