BAKI, 27 dekabr — Sputnik. İranda 4,2 bal gücündə zəlzələ olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 57 nəfər yaralanıb.
Sputnik Azərbaycan "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə ötən gecə saatlarında Əlborz rayonunda baş verib. Episentri 12 km dərinlikdə olan yeraltı təkanlar paytaxt Tehrandan 39 km uzaqlıqda qeydə alınıb.