Bayram ərəfəsində yoxsullara sürpriz

© AFP 2023 / JEFF PACHOUDYeni il şam yeməyi, arxiv şəkli
Yeni il şam yeməyi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yardım fondlarının təşkilatçılığı ilə keçirilən tədbirlərə yüzlərlə qaçqın, evsiz və yoxsul insanlar qatılıb

BAKI, 26 dekabr — Sputnik. Avropanın müxtəlif bölgələrində yoxsullar üçün Milad şənliyi təşkil edilib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, yardım fondlarının təşkilatçılığı ilə keçirilən tədbirlərə yüzlərlə qaçqın, evsiz və yoxsul insanlar qatılıb.

Əsas mərkəzi İtaliyanın Roma şəhərində yerləşən "Sant'Egidio" yardım fondunun rəsmisi bildirib ki, dünyanın fərqli bölgələrində 650 bu cür şənlik təşkil ediblər: "Təkcə İtaliyada 80, dünyanın müxtəlif bölgələrində 650 bu cür bayram şənliyi təşkil etmişik. Əsas məqsədimiz yoxsulların, kimsəsizlərin, evsizlərin və qaçqınların üzünü, az da olsa, güldürməkdir".

Oxşar addım İngiltərədə də atılıb. Britaniya Dəmiryolu İşçiləri Dərnəyi (British Railway), təxminən 200 evsiz vətəndaş üçün Milad bayramı ziyafəti təşkil edib.

Xəbər lenti
0