Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azarkeş komandasının məğlubiyyətindən sonra evini yandırdı

CC0 / 12019 / fireYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Real"ın azarkeşi "Barselona"ya məğlubiyyətdən sonra evini yandırıb

BAKI, 26 dekabr — Sputnik. İspaniyanın "Real" klubunun rumın azarkeşi "El-klassiko"da "Barselona"ya 0:3 hesablı məğlubiyyətdən sonra evini yandırmağa cəhd edib.

“Report” xəbər verir ki, hadisə Rumıniyanın Arad şəhərində katoliklərin Milad bayramı öncəsi baş verib.

Bildirilir ki, 70 yaşlı kişi qapını bağlayaraq yandırıcı qatışıqlı maye balonu sobaya atıb. Onun yaxınlıqda yaşayan baxıcısı evdən qara tüstünün çıxdığını görüb və əraziyə kömək çağırıb. Məhz bundan sonra qapını qıraraq təqaüdçünü xilas etmək mümkün olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını evi tam əhatə etməmiş söndürə biliblər.

Xəbər lenti
0