Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"İnəklər bizim anamızdır" deyərək insanları döydülər

© AFP 2023 / TAUSEEF MUSTAFAHindistanda inək
Hindistanda inək - Sputnik Azərbaycan
Abunə olmaq
Hindistan polisi içərisində 8 ədəd inək olan yük maşınını Pakistanla sərhəddə saxlayıb

BAKI, 25 dekabr — Sputnik. Hindistanın Rajastan əyalətində qəribə hadisə olub. İnək qaçaqmalçılığında şübhəli bilinən bir qrup şəxs kütlə tərəfindən linç edilib.

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Hindistanın "Xalq Partiyası"ndan olan millət vəkili Qyan Dev Ahuja hadisədən xəbər tutar-tutmaz bölgəyə gəlib. O, üzünü qaçaqmalçılara tutaraq "inəklər bizim anamızdır. Əgər inək qaçaqmalçılığı etsəniz, onları kəssəniz, öldürüləcəksiniz" deyib.

Qeyd edək ki, Hindistan polisi içərisində 8 ədəd inək olan yük maşınını Pakistanla sərhəddə saxlayıb. Avtomobildə olan 4 nəfər həbs edilib. Qəzəbli kütlə magistral yolda polis maşınının önünü kəsərək həbs edilənləri yerə endirib və döyməyə başlayıb.

Xatırladaq ki, oxşar hadisə bu ilin aprel ayında da olmuşdu. İnək qaçaqmalçılığı edən bir nəfər şəxs linç edilərək öldürülmüşdü.

Xəbər lenti
0