Keçmiş prezidenti çətin günlər gözləyir

© AFP 2023 / ATTA KENARETehran şəhəri, arxiv şəkli
Tehran şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mahmud Əhmədinejadın onlarla tərəfdarı bir neçə gün əvvəl polis orqanları tərəfindən həbs edilib

BAKI, 25 dekabr — Sputnik. İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam Hüseyn Möhsüni korrupsiyada ittiham olunan keçmiş prezident Mahmud Əhmədinejadla xüsusi görüş keçirilməyəcəyini, ona qarşı münasibətdə qanun və hüquq çərçivəsində davranılacağını deyib.

Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, o, bu barədə iranlı tələbələrin suallarını cavablandırarkən deyib. Tehranın cümə namazı imamı Ayətullah Kaşaninin "Əhmədinejad Məhkəmə Hakimiyyəti ilə görüşsün" tövsiyyəsinə Möhsüni "xeyr, belə bir tövsiyyə qəbul olunmayacaq, keçmiş liderlə xüsusi görüş keçirilməyəcək" cavabını verib.

Yerli medianın xəbərinə görə, Əhmədinejadın onlarla tərəfdarı bir neçə gün əvvəl polis orqanları tərəfindən həbs edilib. Tutulan şəxslərin 188 nəfər olduğu bildirilir. Sabiq ölkə rəhbərinə yaxınlığı ilə tanınan bəzi fəalların telefon nömrələrinin rabitə operatorları tərəfindən bağlandığı deyilir.

Xəbər lenti
0