Dünyanın ən məşhur aktyorunun ölümünün ildönümü

© AP PhotoÇarli Çaplin
Çarli Çaplin - Sputnik Azərbaycan
Abunə olmaq
Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalniz müsabiqədən kənar Oskara layiq görülüb.

BAKI, 25 dekabr — Sputnik. Məşhur ABŞ və İngiltərə rejissoru, komik aktyor, bəstəkar Çarlz Çaplin (Çarlz Spenser Çarli Çaplin) dekabrın 25-də vəfat edib (1889-1977). Sputnik Azərbaycan xəbər verir ki, Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlib.

Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalnız müsabiqədən kənar Oskara layiq görülüb.

Fransız aktyoru Jan Mare 1950-ci ildə - Sputnik Azərbaycan
Milyonlarla qadının əlçatmaz arzusu olan əfsanəvi aktyor

Amerikada 40 ildən çox yaşasa da, bu ölkənin vətəndaşı olmayıb. Həmişə Böyük Britaniya vətəndaşı olub.

Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o, 73 yaşında olanda doğulub.

Çaplin "Böyük Diktator" filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb.

Çaplin fotosu "Time" jurnalının üz qabığında təsvir olunan ilk aktyor idi. 1975-ci ildə o, cəngavərlik titulu almışdı.

Başqa ad altında Çaplinin oxşarları müsabiqəsində iştirak edib. Bir versiyaya görə, aktyor müsabiqədə ikinci, birinə görə üçüncü, başqa versiyaya görə isə beşinci yeri tutub.

Çaplin ayaqlarını 20 min dollar dəyərində sığorta edibmiş.

1928-ci ildə çəkdiyi "Sirk" filmində qulağına mobil telefona oxşayan qurğu tutan qadın təsvir edilib.

Çarli Çaplin sol əllə yazırmış.

"Qadın istənilən kişi milyarderi milyonçu edə bilər" və "Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar" məşhur fikirlərinin müəllifidir.

Çarli San Fransisko teatrında kasıba (kasıb — onun ən populyar obrazı) oxşayan adamların müsabiqədə inkoqnito iştirak edəndə, hətta finala keçməyi bacarmayıb.

Çaplinin gözləri mavi olub.

Xəbər lenti
0