ABŞ prezidenti Donald Tramp

Trampın müsəlmanları qəzəbləndirən qərarı ləğv edildi

679
(Yenilənib 20:02 24.12.2017)
ABŞ-dakı şəxslərlə qohumluğu və ya strukturlarla əlaqələri olan qaçqınlar istisna təşkil edirlər

BAKI, 24 dekabr — Sputnik. ABŞ-ın Sietl məhkəməsi prezident Donald Trampın ölkəyə bir sıra dövlətlərdən (əsasən müsəlman dövlətlərindən) qaçqınların girişini qadağan edən fərmanını qismən ləğv edib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hakim Ceyms Robartın qərarında bildirilir ki, ABŞ-dakı şəxslərlə qohumluğu və ya strukturlarla əlaqələri olan qaçqınlar istisna təşkil edirlər.

Prosesdə Vətəndaş Azadlıqlarının Amerika İttifaqı və Yəhudi Ailələrinə Xidmət iddiaçı qismində çıxış edib.

Dekabrın əvvəllərində məhkəmə Trampın altı ölkə vətəndaşları barəsində miqrasiya fərmanının tətbiqinə icazə verib.

679
Teqlər:
Donald Tramp, fərman, qərar, ləğv, məhkəmə
Əlaqədar
Donald Tramp və Kral Salman telefonda nəyi müzakirə etdilər?
"Tramp siyasətin zibilini çıxartdı"
Trampın "Kovboy" diplomatiyası: Rəsmən hədələməyə başladılar
Donald Trampdan "iki dünya müharibəsi” iddiası
"Qüds gedişi" Trampı xilas etdi