ABŞ dolları

Bir nəfərin azadlığı üçün 6 milyard dollar tələbi - FOTO

279
(Yenilənib 20:00 24.12.2017)
Hazırda milyarder digər həbs edilən şəxslərlə birgə Ər-Riyad hotellərinin birində saxlanılır

BAKI, 24 dekabr — Sputnik. Səudiyyə Ərəbistanının hökuməti tələb edir ki, korrupsiyada ittiham olunaraq həbs edilən şahzadə Əl-Valid bin Talal azadlığı üçün 6 milyard dollara yaxın pul ödəsin.

Əl-Valid bin Talal bin Əbdüləziz Əl Səud
© AFP 2018 / ISHARA S. KODIKARA
Əl-Valid bin Talal bin Əbdüləziz Əl Səud

Sputnik Azərbaycan oxu.az-istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" jurnalında dərc edilən məqalədə bildirilir.

Qeyd olunur ki, hazırda milyarder digər həbs edilən şəxslərlə birgə Ər-Riyad hotellərinin birində saxlanılır. Onlardan bəziləri azadlığa çıxmaq üçün öz aktivlərinin bir hissəsini hökumətə verməyə razılaşıblar. 

Nəşrin mənbələri iddia edir ki, Əl-Valid Bin Talal hələlik bu məbləği ödəməkdən imtina edir. Şahzadə bildirib ki, bu addım faktiki olaraq korrupsiya ilə bağlı ittihamları qəbul etməkdir. Bunun əvəzinə milyarder hökumətə 8,7 milyarda dollar dəyərində qiymətləndirilən "Kingdom Holding" şirkətinin bir hissəsini təklif edir.

"Forbes" nəşrinin məlumatına əsasən, şahzadənin aktivləri 18,7 milyard dollar təşkil edir. O, Yaxın Şərqin ən zəngin insanlarından biri sayılır.

279
Teqlər:
azadlıq, Səudiyyə Ərəbistanı, şahzadə, həbs, dollar
Əlaqədar
İrqçi şahzadə xanımdan daha bir iyrənc əməl
Səudiyyə şahzadəsi kimə “tabe ol” əmri verdi?
Ərəb şahzadəsi Bodruma görün nələr gətirdi
Səudiyyə Ərəbistanının yeni şahzadəsindən bikini qərarı
Şahzadə kralın əmri ilə həbs olundu