Şahzadə Kentli Mişel

İrqçi şahzadə xanımdan daha bir iyrənc əməl

501
(Yenilənib 01:28 24.12.2017)
Şahzadə Mişel Kentli 2004-cü ildə Nyu-Yorkdakı "Da Silvano" restoranında qaradərililərə "gəldiyiniz müstəmləkələrə qayıdın" söyləməkdə suçlanmışdı

BAKI, 24 dekabr — Sputnik. Britaniya kraliçası 2-ci Yelizavetanın əmisi oğlu şahzadə Mayklın xanımı, şahzadə Kentli Mişel və ya Mariya Kristina fon Reybnis sinəsindəki bəzəyə görə üzr istəyib.

Sputnik Azərbaycan milli.az-a istinadən bildirir ki, 72 yaşlı Kentli Mişel kraliçanın Bukinhem Sarayında verdiyi Milad naharına sinəsinə "blackamoor" stilində, zəncinin əks olunduğu broş vuraraq yollanıb. Naharda şahzadə Harri və onun amerikalı nişanlısı, 36 yaşlı qaradərili Meqan Markl da olub.

Qızıl və brilyantdan olan bəzək Britaniyada sosial şəbəkələrdə kəskin narazılıq yaradıb, çünki belə qaradərili fiqurları əksər hallarda qulluqçu kimi təsvir olunur.

Şahzadə Kentli Mişel üzr istəyib. "Bu broş hədiyyədir və indiyədək dəfələrlə istifadə olunub. Şahzadə Kentli Mişelo bəzəyin narazılığa yartamasına görə təəssüflənir" – şahzadənin nümayəndəsi bəyan edib.

Şahzadə Mişel Kentli 2004-cü ildə Nyu-Yorkdakı "Da Silvano" restoranında qaradərililərə "gəldiyiniz müstəmləkələrə qayıdın" söyləməkdə suçlanmışdı.

Şahzadə Mişelin atası, mənşəcə alman olan baron Günter fon Reybnitsin nasist Almaniyasında SS qoşunlarında xidmət etdiyi, nasist partiyasının üzvü olduğu da tarixi faktdır.

501
Teqlər:
nasist partiyası, irqçi, Mariya Kristina fon Reybnis, üzr, Britaniya, ata
Əlaqədar
Səudiyyə şahzadəsi kimə “tabe ol” əmri verdi?
Ərəb şahzadəsi Bodruma görün nələr gətirdi
Səudiyyə Ərəbistanının yeni şahzadəsindən bikini qərarı
Səudiyyə şahzadəsi ev həbsinə salındı
Cəbiş müəllim Qarabağın son şahzadəsi barədə