BAKI, 23 dekabr — Sputnik. Hindistanın Madhya-Pradeş ştatında qəribə hadisə yaşanıb. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, Huma Bay adlı qadın bir ilə yaxın müddətdə qarnındakı kəskin ağrılardan əziyyət çəkib.
Nəhayət o, ağrılara dözməyərək xəstəxanaya üz tutub. Xəstəxanaya gedən 44 yaşlı Huma Bayı müayinə edən həkimlər onun öd kisəsində çoxlu daş olduğunu aşkarlayıblar.
Əməliyyat başlanıb və onun öd kisəsindən irili-xırdalı 148 daş çıxarılıb.
Həkimlərin dediyinə görə, bu qədər daş Huma Bayın həddən artıq yağlı yeməklər yeməsi nəticəsində yaranıb.
BAKI, 4 mart — Sputnik. Birləşmiş Ştatların Dövlət Departamenti Aleksey Navalnıya görə yeni sanksiyaların tətbiq olunmaması üçün kimyəvi silahdan imtina etməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan "RBK"-ya istinadən xəbər verir.
"Biz Rusiyanı beynəlxalq nəzarət altında elan edilməmiş kimyəvi silah proqramını bəyan etməyə və onu məhv etməyə çağırırıq", - deyə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.
Qurumdan bildirilib ki, ABŞ-da 1991-ci ildən qüvvədə olan kimyəvi və bioloji silahlara nəzarət üzrə qanuna görə Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya yeni sanksiyalar tətbiq oluna bilər.
BAKI, 4 mart — Sputnik. Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb:
"Təşkilat olaraq Azərbaycanla tam həmrəylik içərisində olacağımıza inanıram. Bundan sonra başlıca hədəfimiz Qarabağda sülh və təhlükəsizliyin təmin olunmasına yardımçı olmaq, 30 illik işğalın yaratdığı fəsadları birlikdə aradan qaldırmaqdır. Bu müddətdə təşkilat olaraq Azərbaycan ilə tam həmrəy olacağımıza inanıram. Ermənistanın da atacağı addımlara regional sabitliyin yanında olacağına ümid edirik".
Türkiyə Prezidenti Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid etdiyini də deyib.O, Ermənistanda baş verən siyasi böhranı isə belə şərh edib:
"Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm".