Suriya

"Türk amerikalı əsgərlər Suriyanı dərhal tərk eləsin"

662
(Yenilənib 18:42 22.12.2017)
Bəşər Cəfəri: "Türkiyə terrorçuluğa dəstək verdi, sərhədlərini terrorçuların keçidi üçün açdı"

BAKI, 22 dekabr — Sputnik. Qazaxıstanın paytaxtı Astanada Suriya danışıqlarının səkkizinci turunda çıxış edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri, ABŞ və Türkiyədən ölkədəki əsgərlərini çıxarmasını istəyib. Sputnik Azərbaycan bu barədə "CNN Türk"-ə istinadən xəbər verir.

"Hökumətimiz ölkədəki türk hərbi varlığını təcavüzkarlıq olaraq qiymətləndirir. Türkiyə ilə yanaşı ABŞ əsgərləri də qeyd-şərtsiz dərhal Suriyanı tərk etməlidir" — Cəfəri bildirib.

"Türkiyə ilə aramızda dialoq yoxdur. Çünki onlar terrorçuluğa dəstək verdilər, sərhədlərini terrorçuların keçidi üçün açdılar" — suriyalı rəsmi əlavə edib.

662
Teqlər:
BMT, Bəşər Cəfəri, Qazaxıstan, Suriya, Türkiyə
Əlaqədar
Suriya səmasında toqquşma: Amerika təyyarəsi Rusiya qırıcısına atəş açıb
ABŞ Suriya işğalına hüquqi don geyindirməyə çalışır
Nağıyev: “Suriya problemi tam həll olunmayıb”
Türkiyədən sərt açıqlama: Suriya ABŞ-a ikinci Vyetnam olacaq
Trampla Putindən birgə Suriya bəyanatı