Donald Tramp və Kral Salman telefonda nəyi müzakirə etdilər?

© AFP 2023 / FAYEZ NURELDINESəudiyyə Ərəbistanı kralı Salman bin-Əbdüləziz
Səudiyyə Ərəbistanı kralı Salman bin-Əbdüləziz - Sputnik Azərbaycan
Abunə olmaq
Salman və Tramp Yəməndəki husilərə raket təmin edən İran rejiminin Səudiyyə Ərəbistanı və bölgə təhlükəsizliyini təhdid edən hərəkətlərindən dolayı məsuliyyәt daşıdığını vurğulayıb

BAKI, 21 dekabr — Sputnik. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Yəməndəki husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada atdığı ballistik raket hücumunu qınayıb:

"Bu raket hücumu ölkənizin təhlükəsizliyi və sabitliyinə açıq müdaxilədir və qəbuledilməzdir. ABŞ hər zaman olduğu kimi, bu gün də Səudiyyə Ərəbistanının yanında olacaq".

Salman və Tramp Yəməndəki husilərə raket təmin edən İran rejiminin Səudiyyə Ərəbistanı və bölgə təhlükəsizliyini təhdid edən hərəkətlərindən dolayı məsuliyyәt daşıdığını vurğulayıb.

Xəbər lenti
0