İsrail BMT-ni "Yalançılar Evi" adlandırdı

© Sputnik / Игорь Носов / Mediabanka keçidГосударство Израиль
Государство Израиль - Sputnik Azərbaycan
Abunə olmaq
Nyu-Yorkda BMT-nin baş ofisində ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması əleyhinə səsvermə keçiriləcək. Birləşmiş Ştatlardan başqa heç bir dövlətin qərarın lehinə səs verəcəyi gözlənilmir

BAKI, 21 dekabr — Sputnik. “Qüdsün İsrail dövlətinin paytaxtı olduğunu bilmək üçün BMT-nin təsdiqinə ehtiyacımız yoxdur”.

Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon çıxış edib.

“Fələstinlilər dialoq əvəzinə yenə BMT-yə üz tutdular. BMT-dəki bu mənasız səsvermə tarixin özünü inkar etməkdir. Qüdsün hər zaman yəhudi xalqının paytaxtı olduğu, hər zaman İsrail dövlətinin paytaxtı olacağını bilmək üçün beynəlxalq təşkilatların təsdiqinə ehtiyacımız yoxdur” — yəhudi nümayəndə bildirib.

Sputnik Türkiyə xəbər verir ki, BMT-də bu gün keçiriləcək səsvermə ilə bağlı İsrailin baş naziri Binyamin Netanyahu da açıqlama verib. O, dünyanın ən böyük təşkilatını "Yalançılar evi" adlandırıb.

Qeyd edək ki, bu gün Nyu-Yorkda BMT-nin baş ofisində, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması əleyhinə səsvermə keçiriləcək. Birləşmiş Ştatlardan başqa heç bir dövlətin qərarın lehinə səs verəcəyi gözlənilmir.

Xəbər lenti
0