Koreya müharibəsinin başa çatmasının 60-cı ildönümünə həsr olunmuş paradda hərbi texnika. Pxenyan, Şimali Koreya, 27 iyul 2013-cü il

Belə getsə, Şimali Koreya ordusunda əsgər qalmayacaq

360
(Yenilənib 11:24 21.12.2017)
Ötən ay da KXDR hərbçisi oxşar addım ataraq Cənubi Koreya ərazisinə keçmişdi

BAKI, 21 dekabr — Sputnik. Şimali Koreyadan qaçan bir nəfər əsgər sərhədi keçərək Cənubi Koreyaya sığınıb. Sputnik xəbər verir ki, əsgər dumanlı hava şəraitindən yararlandıqdan sonra öz postunu tərk edərək nəzarət-keçid məntəqəsini maneəsiz keçə bilib.

Məlumatı Cənubi Koreyanın Baş Qərargahı yayıb.

Xatırladaq ki, ötən ay da KXDR hərbçisi oxşar addım ataraq Cənubi Koreya ərazisinə keçmişdi. Arxadan atəşə tutulan əsgər yaralandıqdan sonra xəstəxanaya çatdırılmışdı.

360
Teqlər:
KXDR, Şimali Koreya, Cənubi Koreya
Əlaqədar
Daha bir ölkə Şimali Koreya səfirini ölkədən çıxarır
Koreya yarımadasına görünməmiş sayda hərbçi toplanır
ABŞ hərbi təyyarələri Şimali Koreya sərhədlərinə yaxınlaşdı
Şimali Koreya səfiri ölkədən qovulur
İlham Əliyev Şimali Koreya liderinə məktub yazıb
Rusiyada tibb işçiləri, arxiv şəkli

COVID-19-a yoluxanların sayı 66 milyonu ötdü - Çin Azərbaycandan da geri pillədə

8
Xəstəliyin ilkin mənbəyi hesab olunan Çin yoluxmaya görə artıq xeyli pillə geriləyərək 75-ci yerdə qərarlaşıb

BAKI, 5 dekabr — Sputnik. Sutka ərzində qeydə alınan rəqəmlərə görə, hazırda dünyada COVID-19-a  yoluxanların sayı 66 milyon 231 min 472-dir. Sputnik Azərbaycan-ın www.worldometers-ə istinadən xəbərinə görə, ümumilikdə bu günədək xəstəlikdən ölənlərin sayı 1 milyon 524 min 972-dir. Son sutkaya olan rəqəmlərə görə, virusdan sağalanların sayı isə 45 milyon 812 min 972-dir. Hazırda dünyada aktiv xəstə sayı 18 milyon 894 min 74-dür.

Qeyd edək ki, hazırda xəstəliyə ən çox yoluxma halı ABŞ, Hindistan və Braziliyada qeydə alınıb. Xəstəliyin ilkin mənbəyi hesab olunan Çin isə yoluxmaya görə artıq xeyli pillə geriləyərək 75-ci yerdə qərarlaşıb. Azərbaycan yoluxma sayına görə dünyada 55-cidir.

8
Teqlər:
Braziliya, Hindistan, ABŞ, dünya, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Uhan
Mövzu:
Dünyanı cənginə almış bəla

Çinli virusoloqdan xəbərdarlıq

14
(Yenilənib 10:26 05.12.2020)
Çjenli bildirib ki, koronavirus infeksiyasının heyvanlar və insanlar arasında nə qədər dövr etdiyi hələ müəyyən edilməyib.

BAKI, 5 dekabr — Sputnik. Çinin Uhan şəhərində Şi Çjenli adlı virusoloq koronavirus infeksiyasının yeni növlərinin yayılması barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virusoloq Çinin cənubunda və cənub-qərbində yaşayan yarasaların insanlara keçə bilən digər növ koronavirus daşıyıcıları olduğunu bildirib.

Onun sözlərinə görə, bu növ infeksiyalar Çindən kənar ölkələrə də yayıla bilər.

Çjenli qeyd edib ki, COVID-19 yarasalardan insanlara keçməzdən əvvəl başqa heyvanlarda görülə bilər. Onun fikrincə, panqolinlər COVID-19 daşıyıcısı ola bilər. O bildirib ki, koronavirus infeksiyasının heyvanlar və insanlar arasında nə qədər dövr etdiyi hələ müəyyən edilməyib.

Qeyd edək ki, Sidney Universitetindən virusoloq Edvard Holms da Çjenlinin nəzəriyyəsi ilə razılaşır. Holmsun fikrincə də, koronavirus yarasalardan insanlara keçənə qədər daşıyıcı heyvanda ola bilər.

14
Teqlər:
xəbərdarlıq, virusoloq, yarasa, Çin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Bakıda buludlu hava, arxiv şəkli

Sabah meteohəssas insanlar üçün yaxşı gün olacaq

0
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 5 dekabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Dekabrın 6-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
Teqlər:
hava proqnozu, qar, külək, şaxta, yağış, buludlu hava