Avropa İttifaqının qərargahı

Avropa İttifaqından Qüdslə bağlı qəti qərar

595
(Yenilənib 11:05 21.12.2017)
"Qüds tək bir dinə aid ola bilməz, çünki səmavi dinlərin beşiyidir"

BAKI, 21 dekabr — Sputnik. "Qüds tək bir dinə aid ola bilməz. Çünki Qüds səmavi dinlərin beşiyidir". Sputnik Azərbaycan Avropa İttifaqının (Aİ) rəsmi saytına istinadən xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Livanda bu ölkənin baş naziri Səid Həriri ilə görüşü zamanı deyib.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının ciddi səhv olduğunu vurğulayan Moqerini Aİ-nin heç vaxt oxşar qərar verməyəcəyini söyləyib: "Biz Trampın qərarını qınayırıq. Aprel ayında Belçikanın paytaxtı Brüsseldə Suriya və regionun gələcəyi ilə bağlı müzakirələr olacaq. Qüdslə bağlı qərarımızda qəti olduğumuzu orada bir daha görəcəksiniz".

"Qüds tək bir dinə aid ola bilməz. Çünki Qüds səmavi dinlərin beşiyidir" — xanım diplomat qeyd edib.

595
Teqlər:
Federika Moqerini, , Qüds, din, Livan, Avropa İttifaqı, ABŞ
Mövzu:
Qüds ətrafında baş verən son hadisələr (20)
Əlaqədar
Vəlizadə: “Hər kəsə aydındır ki, Qüds İsrailin nəzarətindədir”
ABŞ-dan yeni və təəccüblü "Qüds" açıqlaması
İslam ölkələri hərəkətə keçir: səfirliklər Qüdsə köçürülür
Qlobusa toxunanlar "Qüds" zirvəsinə gəlmədi
Şərqi Qüds Fələstinin paytaxtı kimi tanındı
Azərbaycan prezidenti Qüds zirvəsində
Qafqaz müsəlmanları adından Qüds çağırışı
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Moskva Qarabağa dair qurulacaq Mərkəz barədə: "Türkiyə hərbçilərinin sayı..."

42
(Yenilənib 17:58 01.12.2020)
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub.

BAKI, 1 dekabr — Sputnik. Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzə dair razılığa gəlib. Mərkəzdə hər iki ölkədən olan hərbçilərin sayı bərabər olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri general-mayor İqor Konaşenikov bildirib.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq", - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələrin başa çatdığını və tərəflər arasında anlaşma imzalandığını bildirib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

42
Çak Norris, arxiv şəkli

"Qarabağ, sən indi xoşbəxtsən" - amerikalı aktyor Azərbaycanı təbrik etdi

20
(Yenilənib 17:22 01.12.2020)
Norris açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib. Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

BAKI, 1 dekabr — Sputnik. Məşhur amerikalı aktyor, film rejissoru və ssenaristi Çak Norris Qarabağla bağlı danışıb.

O, açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib.

Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

Məlumat üçün bildirək ki, Norris Qərb yarımkürəsində taekvondo sistemi üzrə 8-ci dərəcəli qara kəmərə layiq görülən ilk idmançı, eləcə də Ümumdünya Təkbətək Döyüş Liqasının (World Combat League) banisi və prezidentidir.

Çak Norris çoxsaylı teleşouların yaradıcısı olmaqla yanaşı, öz jurnalını nəşr etdirir, bir neçə kitabın müəllifidir. ABŞ-da onun aktyorluq işi çoxdan ikinci plana çəkilib. Hazırda Norris milli miqyasda xristian missioneridir. Çoxsaylı dini təşkilat və fondlarda üzvlüklə yanaşı, Çak populyar "World Net Daily" saytında bir bölümə rəhbərlik edir. Həmin bölümün əsas mövzusu İncil və xristianlığın ABŞ-da fəal təbliğatından ibarətdir. O, bundan başqa, ondan artıq filmdə rol alıb.

20

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0