Mixail Saakaşvili

Saakaşvili Ukrayna prezidentini istefaya çağırdı, əks halda...

39
(Yenilənib 16:57 20.12.2017)
Keçmiş qubernator: “Etiraf edin ki, siz və ətrafınız Ukraynanı müsbətə doğru dəyişməyə qadir deyilsiniz”

BAKI, 20 dekabr — Sputnik. Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu istefaya çağırıb.

Sputnik xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

“Xalqa etiraf edin ki, siz və ətrafınız Ukraynanı müsbətə doğru dəyişmək istəmirsiniz və buna qadir deyilsiniz. Sizin könüllü istefanız siyasi böhranı aşmaq üçün sonuncu şansdır. Əks halda hər şey daha da qəlizləşəcək” – Saakaşvili qeyd edib.

Keçmiş qubernator prezident administrasiyasının onun şəxsi yazışmasını dərc etməsini və "Oktyabr" sarayı yaxınlığındakı hadisələri təxribat adlandırıb.

39
Teqlər:
Ukrayna prezidenti Pyotr Poroşenko, Mixail Saakaşvili, təxribat, istefa
Əlaqədar
Saakaşvili tərəfdarlarını Oktyabr sarayını tərk etməyə çağırıb
Mixail Saakaşvili geriyə addım atdı
Putin Saakaşvilidən danışdı: “O qışqıranda, ürəyim ağrıyır”
Saakaşvili hansı vəzifəyə iddialı olduğunu bəyan etdi
Mixail Saakaşvili sərbəst buraxıldı
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

228
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

228
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

9
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

9
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0