Uludağ Universiteti

Ermənistan bayrağının Uludağ universitetinə necə düşdüyünə aydınlıq gətirildi

693
(Yenilənib 10:26 20.12.2017)
Bayraqla bağlı insidentin araşdırılması üçün Türkiyə Universitetində xüsusi komissiya yaradılıb

BAKI, 19 dekabr — Sputnik. "Ermənistanın bayrağı Bursadakı Uludağ Universitetinin ərazisində dalğalana bilməz".

Bunu Sputnik Azərbaycan-a Uludağ Universitetinin prorektoru, professor Mehmet Yüce bu günlərdə Türkiyənin sözügedən universitetində Azərbaycan bayrağının endirilməsi nəticəsində baş verən insidentə aydınlıq gətirərkən deyib.

Türkiyənin Uludağ Universitetinin ilahiyyatçı professoru Salih Pay Azərbaycan bayrağını endirməklə Azərbaycan-Türkiyə münasibətlərinə qarşı hörmətsizlik nümayiş etdirib. Belə ki, Salih Payın göstərişi ilə Uludağ Universitetindəki Azərbaycan bayrağı endirilib. Buna səbəb Ermənistan bayrağının universitetdə quraşdırılmış bayraqlar sırasından çıxarılması olub. Salih Pay öz addımını universitetdəki Ermənistan bayrağının azərbaycanlı tələbələr tərəfindən götürülməsi ilə izah edib. Pay, hətta şərt də qoyub: "Azərbaycan bayrağı yalnız Ermənistanın bayrağı öz yerinə qaytarıldıqdan sonra asılacaq". 

Payın bu hərəkəti sözügedən universitetdə ciddi əks-səda doğurub və orada təhsil alan azərbaycanlı tələbələrin kəskin etirazına səbəb olub. Eyni zamanda Türkiyə və Azərbaycan ictimaiyyəti də professorun bu hərəkətini narazılıqla qarşılayıb.

Türkiyə mediasının məlumatına görə, Uludağ Universitetinin müəllim-tələbə heyətinin, o cümlədən Türkiyə və Azərbaycan ictimaiyyətinin kəskin reaksiyasını nəzərə alan universitet rəhbərliyi təfriqəçi professoru işdən azad edib.

Bu arada sözügedən informasiyanın bir o qədər də doğru olmadığı aydınlaşıb. Prorektorun sözlərinə görə, ola bilsin ki, bu təxribat deyil, sadəcə səhvdir.

"Bizdə Türk dili Tədris Mərkəzi (Ulu Tomer) var və orada dünyanın müxtəlif ölkələrinin, eləcə də Azərbaycanın bayrağı qoyulub. Biz Azərbaycan bayrağının necə aşağı endirildiyini bilmirik. Amma bundan xəbər tutan kimi dərhal onu yerinə qaytarmışıq. Çünki Türkiyə və Azərbaycan, eks-prezident Heydər Əliyevin də dediyi kimi, bir millət, iki dövlətdir. Biz Azərbaycan bayrağına qarşı hər hansı təxribata imkan vermərik. Bizim üçün o, Türkiyə bayrağı qədər müqəddəsdir" — deyə professor bildirib.

O qeyd edib ki, bu insidentlə əlaqədar olaraq Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib və arada heç bir anlaşılmazlıq qalmayıb. Ermənistanın bayrağının universitetdə haradan peyda olduğuna gəlincə, Mehmet Yüce bildirib ki, onlara çatan məlumata görə, kimsə bayraqların arasına Ermənistan bayrağını da dikib. Lakin o bayraq dərhal endirilib. 

"Ermənistan bayrağı universitetin, eləcə Türkiyənin hər hansı ərazisində dalğalana bilməz. Biz o bayrağın ora necə düşdüyünü aydınlaşdırırıq. Bununla bağlı 3 professordan ibarət xüsusi komissiya yaradılıb. Ararşdırma aparılır" — deyə prorektor qeyd edib.

O, professor Salih Payın qovulmasına da münasibət bildirib. Məlum olub ki, Pay universitetdən qovulmayıb, sadəcə, kafedra müdiri vəzifəsindən azad edilib. Prorektor bunun səbəbini izah edib: "O, teologiyanı tədris etməkdə davam edir və biz məhkəmənin qərarı olmadan onu işdən qova bilmərik. Çünki bu, insan hüquqlarının pozulması deməkdir".

Mehmet Yüce, həmçinin bildirib ki, hazırda onların universitetində Azərbaycandan 350 tələbə təhsil alır, Ermənistandan isə bir tələbə belə yoxdur.

"Biz təxribatlara yol verməyəcəyik. Azərbaycan bayrağı həmişə Türkiyədə dalğalanacaq" — deyə professor fikrini tamamlayıb.

693
Əlaqədar
Azərbaycan bayrağına hörmətsizlik edən türk professor qovuldu
Yeni güc mərkəzi yaranır: Rusiya-Türkiyə-Azərbaycan ittifaqı
Azərbaycan ekspertləri 2017-ci ilin yekunlarını qiymətləndirəcəklər
Hadisə yerində

İranlı nüvə alimin ölümündə yeni detallar

5
Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var.

BAKI, 30 noyabr — Sputnik. İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan silah İsraildə istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı mənbəyə istinadən xəbər verir.

"Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

5
Teqlər:
İsrail, İran, Məhəmməd Cavad Zərif, Həsən Ruhani, Tehran, iranlı, alim, qətl
Lüğət oxuyan şəxs

Başa çatmaqda olan ilin ən məşhur sözü elan edildi

11
(Yenilənib 13:36 30.11.2020)
Qeyd edək ki, keçən il "Webster lüğəti" ingilis dilindəki "they" ("onlar") kəlməsini "ilin sözü" elan etmişdi.

BAKI, 30 noyabr — Sputnik. "Vebster lüğəti" kimi məşhurlaşan Amerikanın Merriam-Webster ingilis dili lüğəti 2020-ci ilin ən məşhur sözünü müəyyən edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu söz – "pandemiya" və ya "pandemik"dir.

"Bəzən bir kəlmə bütöv bir dövrü xarakterizə edir və bu müstəsna, son dərəcə çətin ilin sözünü müəyyən etmək üçün araşdırma apardığımız vaxt bir kəlmə dərhal ön plana çıxdı. Beləliklə, 2020-ci ildə bizim onlayn-lüğtdə ən çox axtarılan söz – "pandemic" ("pandemiya" və ya "pandemik") olub, – deyə "Webster lüğəti"nin saytındakı məlumatda bildirilir.

O da qeyd olunur ki, axtarış sorğularında ilk dəfə 2020-ci ilin fevral ayının 3-də bu sözün kəskin artımı müşahidə olunub. Ümumilikdə isə ABŞ-da ilk COVID-19 virusuna yoluxma hadisəsinin qeydə alındığı 20 yanvar tarixində insanlar lüğətdən "pandemiya" sözünü mənasını axtarmağa başlayıblar.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı (DST) martın 11-də yeni koronavirus infeksiyasının yayılmasını pandemik vəziyyət kimi qiymətləndirib. DST-in son məlumatlarına görə, artıq bütün dünyada 61 milyondan çox insan bu virusa yoluxub, 1,4 milyondan çox insan isə COVID-19-a qurban gedib.

Qeyd edək ki, keçən il "Webster lüğəti" ingilis dilindəki "they" ("onlar") kəlməsini "ilin sözü" elan etmişdi.

11
Teqlər:
pandemiya, yoluxma, COVID-19, lüğət, söz