Türk ordusuna "hazır ol" əmri verildi

© AP Photo / Lefteris PitarakisTürk ordusunun əsgərləri, arxiv şəkli
Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Ankara YPG terrorçularına Afrini tərk etmələri üçün dəfələrlə çağırış etsə də, terrorçular ABŞ-ın himayədarlığına arxalanaraq bölgədən çıxmırdı

BAKI, 19 dekabr — Sputnik. “Fərat Qalxanı” əməliyyatından sonra türk ordusuna daha bir əməliyyat üçün "hazır ol" təlimatı verilib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, əsgərlərə Afrində YPG-yə qarşı əməliyyata başlamaları üçün 1 nömrəli hazırlıq vəziyyətinə gəlmə əmri verilib.

Ağır zirehli texnikaların ön cəbhədə olacağı bildirilir. Əməliyyat başlamadan əvvəl Afrin-İdlib sərhədində strateji əhəmiyyəti olan 3 təpədə nəzarət məntəqələri qurulub.

Qeyd edək ki, türk ordusu uzun müddətdir Afrində aparılacaq əməliyyat üçün sərhəddə hazırlıq işləri görürdü. Rəsmi Ankara YPG terrorçularına Afrini tərk etmələri üçün dəfələrlə çağırış etsə də, terrorçular ABŞ-ın himayədarlığına arxalanaraq bölgədən çıxmırdı.

Xəbər lenti
0