CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Apple" telefonunda səhv tutdu, iki min dollar qazandı

© REUTERS / Michaela RehleМобильный телефон Apple iPhone 6
Мобильный телефон Apple iPhone 6 - Sputnik Azərbaycan
Abunə olmaq
Lisey müdiri Ömər Faruk şagirdləri Can Yılmazla qürur duyduqlarını bildirib

BAKI, 19 dekabr — Sputnik. Türkiyənin Kahramanmaraş şəhərində yaşayan 16 yaşlı lisey şagirdi Can Yılmaz "Apple" şirkətindən 2 min dollar mükafat qazanıb. Buna səbəb 16 yaşlı gəncin "Apple" markalı ağıllı telefonun funksiyasında səhv tutması olub.

Мобильный телефон Apple iPhone 6 - Sputnik Azərbaycan
"Apple"nin gəlirləri astronomik həddə çatıb

Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, Can Yılmaz şirkətin ABŞ-dakı ofisinə məktub yazaraq telefonun şəxsi təhlükəsizlik bölümündə kodlaşdırmanın düzgün aparılmadığını, bu səbəblə də kənar şəxslərin asanlıqla fərdi məlumatlara girib oxuya biləcəyini qeyd edib.

Türk lisey şagirdinin ilk məktubunu diqqətə almayan "Apple" rəhbərliyi, C.Yılmazın videolu mesajından sonra onun haqlı olduğunu görüb. Dünyaca məşhur şirkət diqqətdən qaçan detalı xəbər verdiyinə görə Can Yılmazın Türkiyədəki ünvanına 2 min dollar pul mükafatı göndərib.

Lisey müdiri Ömər Faruk şagirdləri Can Yılmazla qürur duyduqlarını bildirib.

Xəbər lenti
0