İranda siyasi zəlzələ: Keçmiş prezident hökumətə 48 saat vaxt qoydu

© AFP 2023 / ATTA KENAREБывший президент Ирана Махмуд Ахмадинежад, фото из архива
Бывший президент Ирана Махмуд Ахмадинежад, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mahmud Əhmədinejad rüşvət almaqda, ara qarışdırmaqda və Babək Zəncaniyə (hazırda həbsdədir) dəstək verməkdə ittiham olunur

BAKI, 19 dekabr — Sputnik. İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hökumətə 48 saat vaxt verib. Sputnik Azərbaycan xəbər verir ki, sabiq rəhbər, haqqında irəli sürülən korrupsiya iddiaları sübut edilməyəcəyi təqdirdə ciddi açıqlamalar verəcəyini söyləyib. O, bu barədə internetdə yaydığı videoda danışıb.

“Məni korrupsiya, fitnə yaymaq və iş adamı Babək Zəncaniyə dəstək verməkdə təqsirləndirənlərə bunu sübut etmələri üçün 48 saat vaxt verirəm. Əks halda danışacağam. Məhkəmələr təmizlənsə, ölkə də təmizlənər" – Əhmədinejad qeyd edib.

Keçmiş prezidentin bəyanatına cavab verən İranın baş prokuroru yaxın günlərdə lazımi cavab verəcəklərini bildirib.

Qeyd edək ki, Mahmud Əhmədinejad rüşvət almaqda, ara qarışdırmaqda və Babək Zəncaniyə (hazırda həbsdədir) dəstək verməkdə ittiham olunur. 

Xəbər lenti
0