Михаил Саакашвили после освобождения его сторонниками в центре Киева 5 декабря 2017 года

Mixail Saakaşvili geriyə addım atdı

560
(Yenilənib 18:21 17.12.2017)
Saakaşvilinin "Yeni qüvvələr hərəkatı" partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər

BAKI, 16 dekabr — Sputnik. Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya məktub göndərib.

"Report" xəbər verir ki, bu barədə "TCN" mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Saakaşvili məktubda barışıq təklif edib. "Poroşenkoya məktub var. Mişa (Mixail — red) deeskalasiya təklif edir" — deyə mənbə bildirib.

Saakaşvilinin "Yeni qüvvələr hərəkatı" partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər. 

Qeyd edək ki, Mixail Saakaşvili az öncə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Petro Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirib. "Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik" — deyə Saakaşvili əlavə edib.

560
Mövzu:
Mixail Saakaşvilinin Ukrayna sərgüzəştləri (14)
Əlaqədar
Saakaşvili hansı vəzifəyə iddialı olduğunu bəyan etdi
Mixail Saakaşvili sərbəst buraxıldı
Saakaşvili saxlanıldı, Təhlükəsizlik Xidməti bunun səbəbini açıqladı
Saakaşvili və tərəfdarları Ukraynada mitinq keçirirlər