Yəhudi əsilli milyarder ölü tapıldı

© AFP 2023Barri Şerman və həyat yoldaşı
Barri Şerman və həyat yoldaşı - Sputnik Azərbaycan
Abunə olmaq
Kanadalı milyarder həyat yoldaşı ilə birgə evində ölü tapılıb

BAKI, 16 dekabr — Sputnik. Kanadalı milyarder, “Apotex” şirkətinin prezidenti Barri Şerman həyat yoldaşı ilə birgə Torontodakı evində ölü tapılıb.

Sputnik Azərbaycan bildirir ki, APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. İlkin təhqiqat zamanı polis bir nəfər şübhəlini saxlayıb.

“Apotex” şirkəti 1974-cü ildə Şerman tərəfindən təsis edilib. Dərman preparatları istehsal edən şirkətin məhsulları 115-dən çox ölkəyə ixrac olunur. Bu ilin noyabrında  “Canadian Business” jurnalı 75 yaşlı Barri Şermanı ölkənin ən varlı insanlarının siyahısına daxil edib. 

Xəbər lenti
0