Onun döyüş xələti 215 min dollara satıldı

© REUTERS / Fabian BimmerVladimir Klitschko
Vladimir Klitschko - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimr Kliçko karyerasına son qoyandan sonra bu addımı atıb

BAKI, 16 dekabr — Sputnik.  Karyerasını başa vuran ukraynalı peşəkar boksçu Vladimir Kliçkonun sonuncu döyüşü zamanı geyindiyi xələt hərracda 215 min dollara satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, peşəkar idmançı bu barədə şəxsi “Twitter” hesabında yazıb.

Qeyd edək ki, V.Kliçkonun britaniyalı Entoni Coşua ilə döyüş zamanı geyindiyi xələtin satışından əldə olunan vəsait xeyriyyəçiliyə yönəldiləcək. Bu missiyanı isə “Kliçko Fondu” yerinə yetirir.

Xəbər lenti
0