Azərbaycanlı jurnalist Fuad Abbasov

Azərbaycanlı jurnalistlə erməni politoloqlar arasında dava düşdü VİDEO

163
(Yenilənib 00:51 17.12.2017)
Studiyada xoşagəlməz anlar yaşanıb

BAKI, 15 dekabr — Sputnik. Rusiyanın "Zvezda" telekanalının efirində azərbaycanlı jurnalist Fuad Abbasovla erməni politoloq arasında dava düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə siyasi mövzulardan bəhs edən "Proses" verilişində yaşanıb.

Erməni ekspertlər Samuel Saturyan və Gevorq Mirzayanın azərbaycanlı jurnalist Fuad Abbasovun sözünü kəsmələri həmyerlimizi qəzəbləndirib. Nəticədə tərəflər arasında əlbəyaxa dava düşüb.

Davaya səbəb erməni ekspertin Türkiyənin Suriyadakı fəaliyyəti ilə bağlı Ankaranın ünvanına təhqiramiz ifadələr işlətməsi olub. Fuad Abbasov erməni politoloqun ittihamına cavab verərkən qarşı tərəf onun sözünü kəsməyə çalışıb. Nəticədə studiyada xoşagəlməz anlar yaşanıb.

163
Teqlər:
"Proses" verilişi, erməni politoloq, Fuad Abbasov, "Zvezda" telekanalı, dava
Əlaqədar
Həsənov: “ABŞ valyutası zəifləməkdə davam edəcək”
Trampın məlum qərarı acı nəticələr doğurmaqda davam edir
Sabirabadda toyda kütləvi dava düşdü, qan töküldü
Saakaşvili tərəfdarları ilə polislər arasında əlbəyaxa dava düşdü
Qanqaraldıcı hava şəraiti davam edəcək