Nazaret şəhəri

Xristianların əsas bayramı ləğv olundu: peyğəmbərin vətənində qarşıdurma

726
(Yenilənib 01:10 17.12.2017)
Nazaretlilər İsa peyğəmbərin mövludu gününü bayram kimi qarşılamaqdan imtina ediblər

BAKI, 15 dekabr — Sputnik. İsrailin şimalında yerləşən Nazaret şəhərinin rəhbərliyi ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq və səfirliyi köçürmək barədə qərarına etiraz əlaməti olaraq İsa peyğəmbərin mövludu gününü bayram kimi qeyd etməkdən imtina edib.

Sputnik Azərbaycan “The Times of Israel”-ə istinadla xəbər verir ki, islamı qəbul edən Nazaret meri Əli Salam turistlər arasında populyar olan bayram festivalını və böyük mövlud yarmarkasını keçirməkdən imtina edib.

Onun sözlərinə görə, "ABŞ prezidenti Donald Tramp bayram əhval-ruhiyyəsini korlayıb".

İncilə görə, İsa Məsih Nazaretdə doğulub. İsa peyğəmbərin uşaqlığı və gəncliyi də bu şəhərdə keçib. Hazırda Nazaretdə əsasən müsəlmanlar yaşayır. Şəhərin yalnız üçdə birini xristianlar təşkil edir.

726
Teqlər:
İncil, Nazaret, İsa Məsih, etiraz, Qüds, İsrail
Əlaqədar
ABŞ-dan yeni və təəccüblü "Qüds" açıqlaması
İslam ölkələri hərəkətə keçir: səfirliklər Qüdsə köçürülür
Qlobusa toxunanlar "Qüds" zirvəsinə gəlmədi
Şərqi Qüds Fələstinin paytaxtı kimi tanındı
Azərbaycan prezidenti Qüds zirvəsində