Falabaxan qadın. Arxiv şəkli

"O, hakim prokurora cadu etdirib"

72
(Yenilənib 14:18 15.12.2017)
Rza Zərrabla bağlı maraqlı iddia ortaya atıldı

BAKI, 15 dekabr — Sputnik. ABŞ-ın İrana qarşı sanksiyalarını qırdığına görə hazırda ABŞ-da məhkəməsi davam edən Azərbaycan əsilli, Türkiyə və İran vətəndaşı Rza Zərrabla bağlı maraqlı məlumat yayılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakimlərə psixoloji təsir etmək və söylədiyi hər ifadəyə inanmaları üçün Zərrab şirkətində çalışan bəzi işçiləri Mərakeş, Dubay və Hataydakı cadugərlərin yanına göndərib.

"İş adamının məqsədi prokuror və hakimlərə təsir edərək, özü haqqında müsbət qərar çıxarılmasına nail olmaqdır" — mətbuat yazıb.

Xatırladaq ki, Rza Zərrabın İstanbuldakı şirkətində çalışan 14 nəfər əməkdaş Nyu-Yorkda məhkəmə başlayan zaman həbs olunsa da sonra şərti azadlığa buraxılmışdılar.

72
Teqlər:
Rza Zərrab, prokuror, hakim, İran, Türkiyə, ABŞ, məhkəmə
Əlaqədar
Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib
Azərbaycanlı iş adamının həbsdə olan oğlu azadlığa çıxdı
Rza Zərraba daha bir zərbə vuruldu
Rza Zərrabın "başının altından" yeni gizlinlər çıxdı
Ailəsi Türkiyəni qəfil tərk edib: Rza Zərrab işində müəmmalı məqam