Su-25 qırıcı təyyarəsi

Rusiya aydınlıq gətirdi: ABŞ təyyarəsi döyüş meydanından qaçdı

341
(Yenilənib 11:10 15.12.2017)
Hadisə yerinə Rusiyanın "Su-35C" təyyarəsi yaxınlaşıb və ABŞ "F-22"ləri oranı tələsik tərk ediblər

BAKI, 15 dekabr — Sputnik. Amerikanın "F-22" qırıcısı Suriya səmasında Rusiya qırıcısı yaxınlaşan kimi insident rayonunu tərk edib. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbə bildirib.

Mənbə qeyd edib ki, insident dekabrın 13-də baş verib: "Çayın şərq sahili istiqamətindən Rusiya təyyarələrinə F-22 qırıcısı yaxınlaşıb. İstilik siqnalları buraxan Amerika təyyarəsi "Su-25"lərə mane olub".

Bundan sonra hadisə yerinə Rusiyanın "Su-35C" təyyarəsi yaxınlaşıb və ABŞ "F-22"ləri oranı tələsik tərk ediblər.

Xatırladaq ki, bundan əvvəl "The Independent" qəzeti ABŞ qırıcılarının Rusiya qırıcılarını qovması barədə xəbər yaymışdı.

 

 

341
Teqlər:
Su-35C, F-22, qırıcı, insident, təyyarə, Su-25
Əlaqədar
Suriya səmasında toqquşma: Amerika təyyarəsi Rusiya qırıcısına atəş açıb
Türkiyədən Ermənistana birbaşa təyyarə rəysi açılmayacaq
ABŞ-ın casus təyyarəsi Rusiya sərhədinə yaxınlaşdı, qırıcılar havaya qalxdı
Azərbaycan döyüş təyyarələri havaya qaldırıldı
ABŞ döyüş təyyarələrini bu bölgəyə göndərir