Dönər hazırlanması

Dönər işinə girişmək istəyənlərə şad xəbər

228
(Yenilənib 10:58 15.12.2017)
Avropada ət məhsullarına fosfat qatılması qadağan olsa da, ətin ləzzətini və suyunu qorumaq üçün istisnalar mövcuddur

BAKI, 14 dekabr — Sputnik. Hər kəs bilir ki, Avropada dönər işi ilə məşğul olanlar müsəlman ölkələrdən köçənlərdir. Dönər biznesində ən böyük pay sahibi isə heç şübhəsiz türklərindir.

Ötən ay Avropa parlamenti dondurulmuş dönər ətinə fosfat maddəsi qatılmasının ürəyə zərərli olduğunu açıqlayaraq sözügedən maddənin dönərə vurulmasına qadağa gətirən qanun layihəsini gündəminə salmışdı. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, layihə köhnə qitədə bu peşə ilə çörək pulu qazananlar arasında ciddi narahatlıq yaratmışdı. Ancaq dünən sevindirici xəbər verilib. Bir aylıq müzakirələrdən sonra dekabrın 13-də parlament qanun layihəsini gündəmdən çıxardığını elan edib.

Avropada ət məhsullarına fosfat qatılması qadağan olsa da, ətin ləzzətini və suyunu qorumaq üçün istisnalar mövcuddur.

Qeyd edək ki, təkcə Almaniyada dönər istehsalı ilə məşğul olanların sayı 110 min nəfərdir.

228
Teqlər:
fosfat, icazə, dönər, qanun layihəsi, qadağa, Avropa
Əlaqədar
Dönər və şaurmanı qadağan etmək istəyirlər
Dönəri ver dönərçiyə, birinə də üstəlik: Yeyəkmi, yeməyəkmi?
Dönərxana partladı: 5 nəfər yaralandı
Bir dönər 15, bir stəkan çay 32 manata...
Paytaxt dönərxanaları kütləvi şəkildə bağlanmaq təhlükəsi ilə üz-üzədir
 Fransa Prezidenti Emmanuel Makron

Makron Tramp Putinlə Qarabağı müzakirə edəcək

22
Fransa, ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir.

BAKI, 30 sentyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampla telefon danışıqları aparacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Makron Latviyanın paytaxtı Riqada mətbuat konfransı zamanı bildirib.

"Bu gün axşam prezident Putin və düşünürəm ki, sabah prezident Trampla bu məsələ barədə fikir mübadiləsi aparmaq və çıxış yolları (böhrandan –red.) təklif etmək üçün danışıqlar aparacağam", - deyə Makron qeyd edib.

Qeyd edək ki, Fransa, ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

22
Şahin Mustafayev və Mahmud Vaezi sənədləri imzalayarkən

"İran Azərbaycan ərazilərinin işğalına son qoyulmasını istəyir" - Mahmud Vaezi

53
(Yenilənib 11:50 30.09.2020)
İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi: "İran qonşu Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və ona hörmətlə yanaşır".

BAKI, 30 sentyabr — Sputnik. İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi deyib ki, İran İslam Respublikasının Azərbaycanla bağlı mövqeyi həmişə şəffaf və aydın olub.

Sputnik Azərbaycan Mehr agentliyinə istinadla xəbər verir ki, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı zamanı deyib.

"İran qonşu Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və ona hörmətlə yanaşır. İşğala son qoyulmasının bölgədə sabitliyə səbəb olacağına inanırıq", - Vaezi deyib.

O bildirib ki, İran İslam Respublikasının xarici siyasətində Azərbaycanın önəmli və özünəməxsus yeri var: "Biz həmişə hər bir fürsətdən iki ölkə arasında əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək üçün istifadə edirik".

Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişə ilə bağlı narahatlığını ifadə edən İran Prezident Aparatının rəhbəri qeyd edib ki, son hadisələri ciddi şəkildə və diqqətlə izləyirlər: "İki ölkə arasında ixtilafların beynəlxalq qanunlar çərçivəsində sülh müzakirələri ilə həlli üçün hər növ yardım etməyə hazırıq".

M. Vaezi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İrandan Ermənistana hərbi yüklərin göndərilməsinə dair yayılmış məlumatları da təkzib edib. O vurğulayıb ki, yayılan məlumatlar əsassızdır. İran rəsmisinin sözlərinə görə, bu cür məlumatlar ölkəsi və Azərbaycan arasında əlaqələri korlamaq məqsədilə yayımlanır: "Heç şübhəsiz Tehran və Bakı arasındakı strateji, yaxşı və hərtərəfli əlaqələrə bu kimi şayiələrin yayılması təsir etməyəcək və iki ölkənin əlaqələrini korlamaq istəyənlərin hərəkətləri heç bir nəticə verməyəcək".

Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev bildirib ki, İran İslam Respublikası Azərbaycana dost ölkədir.

Ş. Mustafayev qeyd edib ki, hər iki ölkənin yüksək rəsmiləri Tehranla Bakı arasında dərin əlaqələrin inkişafı üçün çox zəhmət çəkiblər və hazırda bu əlaqələr çox yaxşı səviyyədədir.

53
Minaatandan atəş, arxiv şəkli

Müdafiə Nazirliyi: Ermənistan alayının komanda məntəqəsinə ağır zərbə endirilib

0
(Yenilənib 12:58 30.09.2020)
Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir", nazirlikdən bildirilib.

0