Araz və Emin Ağalarovlar

Araz Ağalarovdan oğluna kreativ təbrik - VİDEO

118
(Yenilənib 10:55 15.12.2017)
Eminin "Stil" mahnısına çəkilən klip dünən onun youtube kanalında yayımlanıb

BAKI, 15 dekabr — Sputnik. Rusiyada yaşayan azərbaycanlı iş adamı, milyonçu Araz Ağalarov oğlunu qeyri-adi şəkildə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, biznesmen, müğənni-bəstəkar Eminin doğum gününü öz ifasında yeni kliplə təbrik edib.

Ağalarovun çəkdirdiyi yeni klip sosial şəbəkə istifadəçilərinin marağına və müzakirələrə səbəb olub.

Eminin "Stil" mahnısına çəkilən klip dünən onun "youtube" kanalında yayımlanıb.

118
Teqlər:
Araz Ağalarov, Emin Ağalarov, təbrik, klip, doğum günü
Əlaqədar
Emin Ağalarovun ehtiraslı öpüş səhnəsi şoka saldı - VİDEO
Emin Ağalarovun şəxsi həyatı barədə maraqlı görüntülər üzə çıxdı
Araz Ağalarovun biznes ortağı qətlə yetirilib
Emin Ağalarov Trampla bağlı məsələyə münasibət bildirdi
Emin Ağalarov telekanal açır
Qırmızı Xaç komitəsinin əməkdaşları, arxiv şəkli

Ermənistan girov düşmüş qoca ermənini geri almaqdan imtina etdi

0
Ermənistan tərəfi Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan tərəfi Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.

Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.

Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.

Humanitar proses zamanı insident baş verməyib.

0
Raket buraxılışı, arxiv şəkli

Rusiya ABŞ-ın Avropadakı hipersəsli raketlərlə bağlı açıqlamasına cavab verdi

16
(Yenilənib 16:14 29.10.2020)
"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur"

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ milli təhlükəsizlik müşaviri Robert O'Brayenin Rusiyanı cilovlamaq üçün Avropada hipersəs silahları və ballistik raketlər yerləşdirməyə hazır olduqlarına dair açıqlamasına reaksiya verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfir bu addımın Avropada raket silahlanma yarışının başlamasına rəvac verəcəyini bildirib.

"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur. Əgər Vaşinqton həqiqətən "silahlanma üzərində real nəzarət"də maraqlıdırsa, o zaman Avropa qitəsində raket silah yarışının eskalasiyasına ehtiyac yoxdur", – deyə Antonov səfirliyin "Facebook" səhifəsində yayımlanan şərhdə bildirib.

Diplomat Prezident Vladimir Putinin Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında Müqavilənin (INF) deeskalasiyası vəziyyətində irəli sürdüyü təklifləri "konstruktiv alternativ" adlandırıb.

"Rusiya Avropa qitəsində və dünyanın digər bölgələrində yeni bir raket silahlanma yarışının qarşısını almaq üçün xarici tərəfdaşlarla ortaq səylər göstərməyə hazırdır", – deyə Antonov bildirib.

Qeyd edək ki, INF Müqaviləsi qlobal strateji sabitliyi təmin etmək məqsədi daşıyırdı. 2019-cu ilin avqust ayında ABŞ Rusiyanı qadağan edilmiş 9M729 raketini hazırlamaqda və sınaqdan keçirməkdə günahlandıraraq müqavilədən çıxıb. Moskva isə bəyan edib ki, o, yolverilən radiusda – 500 kilometrdən qısa məsafədə hərəkət icazəsinə sahibdir.

Xatırladaq ki, oktyabrın 26-da Vladimir Putin INF Müqaviləsi başa çatması fonunda gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağı təklif edib. Rusiya lideri qarşılıqlı razılaşma prinsipinə əsaslanan nəzarət mexanizmlərinin işlənib-hazırlanmasının vacibliyini vurğulayıb.

16