Saakaşvilinin Kiyevdə həbsi

Putin Saakaşvilidən danışdı: “O qışqıranda, ürəyim ağrıyır”

204
(Yenilənib 18:01 14.12.2017)
Rusiya prezidenti Vladimir Putin Saakaşvili ilə bağlı yaranmış vəziyyəti ukraynalıların üzündə tüpürcək adlandırıb

BAKI, 14 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Saakaşvili ilə bağlı yaranmış vəziyyəti ukraynalıların üzündə tüpürcək adlandırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün keçirdiyi ənənəvi illik mətbuat konfransında ukraynalıların Saakaşvilinin etdiklərinə necə dözdüklərinə təəccübünü gizlətməyib.

"Saakaşvilinin etdikləri gürcü və Ukrayna xalqlarının üzündə tüpürcəkdir. Siz buna necə dözürsüz? Ukraynada əsl ukraynalılar yoxdur?! Bunu seyr etmək ağırdır. Saakaşvili meydanları dolaşıb bütün dünyaya "mən ukraynalıyam" deyə qışqıranda, mənim ürəyim ağrıyır" – deyə Putin əlavə edib.

O, rəsmi Kiyevi Donbassla danışıqlara çağırıb. Putin ukraynalı jurnalistə deyib: "Rusiya və Ukrayna onun təsəvvür etdiyindən daha yaxındır. Ruslarla ukraynalılar eyni xalqdır. Siz bununla razılaşmaya bilərsiz".

"Donbassda baş verənlər faciədir" – deyən Putin Ukraynadakı münaqişələrin dövlət çevrilişinin nəticəsi olduğunu qeyd edib.

Putin növbəti dəfə Donbassda Rusiya qoşunlarının olmadığını deyib. Lakin əlavə edib ki, orada istənilən hücumun qarşısını almağa hazır dayanın milis qrupları var.

Putin Krım haqqında da deyib ki, Krım xalqı artıq öz qərarını verib: "Sovet hökuməti nahaq yerə Krım yarımadasını Ukraynaya verib. Krımlılar öz seçimlərini ediblər və artıq müzakirələr əbəsdir".

204
Teqlər:
Donbass, Mixail Saakaşvili, Krım, Vladimir Putin, mətbuat konfransı
Əlaqədar
Vladimir Putin: "Rəqiblərimi də özüm seçməli deyiləm ki!"
Peskov: "Putinin səfəri bu ölkəni xilas etmək cəhdidir"
Putin Türkiyəni seçən ruslardan danışdı: "Onların sayı..."
Ərdoğan ilk dəfə olaraq Putinə belə təşəkkür etdi
Putin Ankarada: Ərdoğanla görüşdə nələr müzakirə ediləcək?