Mixail Saakaşvili

Saakaşvili hansı vəzifəyə iddialı olduğunu bəyan etdi

691
(Yenilənib 12:40 14.12.2017)
"Mənim komandamın xüsusi planı var, bu plana əsasən Ukraynanı 70 günə dəyişmək olar"

BAKI, 14 dekabr — Sputnik. Mixail Saakaşvili Odessa şəhərinin meri olmağı arzulayır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynanın "24 kanal"ına bildirib ki, Odessanın meri olmaq niyyətindədir.

Михаил Саакашвили после освобождения его сторонниками в центре Киева 5 декабря 2017 года
© REUTERS / GLEB GARANICH

"Odessanın meri olmaq istəyirəm. Mən ciddi danışıram, zarafat etmirəm. Odessanı inkişaf etdirmək istəyirəm. Bu da Odessada oyun qaydalarını dəyişdirməklə mümkündür" – deyə o bildirib.

Saakaşvili şərtini də açıqlayıb: "Bir şərtlə Odessanın meri olaraq ki, əvvəlcə baş nazir təyin olunum və bu vəzifəmi başa vurduqdan sonra Odessaya yollanım".

"Mənim komandamın xüsusi planı var. Bu plana əsasən Ukraynanı 70 günə dəyişmək olar. Bunu dövlət aparatının 2/3 hissəsini ixtisar etməklə reallaşdıracağıq" — o vurğulayıb.

Saakaşvili açıqlamasında, həmçinin qeyd edib ki, prezident olmaq niyyətində deyil: "Mənim əslində Ukrayna siyasətində uzun müddət qalmaq niyyətim yoxdur. Sadəcə qarşımdakı məqsədləri reallaşdırandan sonra Ukraynada sadə vətəndaş kimi yaşamaq istəyirəm".

Qeyd edək ki, Saakaşvili 2015-ci ilin mayından 2016-cı ilin noyabrına qədər Odessanın qubernatoru olub.

691
Teqlər:
Odessa şəhəri, qubernator, mer, Mixail Saakaşvili, Ukrayna, baş nazir
Mövzu:
Mixail Saakaşvilinin Ukrayna sərgüzəştləri (14)
Əlaqədar
Saakaşvili məhkəmə qarşısına çıxarıldı
Tbilisi Saakaşvilinin ekstradisiyası tələbində israrlıdır
Mixail Saakaşviliyə geri çəkilmək üçün hədə-qorxu gəliblər
Saakaşvili tərəfdarları ilə polislər arasında əlbəyaxa dava düşdü