İsraildən qorxunc açıqlama: "Onları daş dövrünə qaytaracağıq"

© AFP 2023 / JACK GUEZİsrail qırıcı təyyarə,arxiv şəkli
İsrail qırıcı təyyarə,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yisrael Katz: "Suriyada İranın bazasını necə vurduqsa, Livanda ondan daha dəhşətlisini edəcəyik"

BAKI, 14 dekabr — Sputnik. İsrailin milli kəşfiyyat naziri Yisrael Katz, Livanı təhdid edib. Sputnik Azərbaycan xəbər verir ki, Katz, bu ölkəni daş dövrünə geri qaytaracaqlarını söyləyib.

Kəşfiyyat başçısı ölkəsinin ən reytinqli qəzeti olan "Hareetz"-ə müsahibəsində deyib ki, İran Livanda raket istehsal edən baza yaratmağa çalışır: "İsrail onların hər addımından xəbərdardır. Hizbullaha nə cür yardımlar getdiyi, İranın Livandakı fəaliyyətləri, raket istehsalı və s. Hamısını bilirik".

"Əmin olsunlar ki, buna imkan verilməyəcək. Bu müharibə 2006-cı ildəki müharibədən qat-qat dəhşətli olacaq. Livanın bütün nöqtələri hədəf alınacaq. Bu ölkəni daş dövrünə geri qaytaracağıq" — nazir bildirib.

"Hizbullah düşünür ki, 2006-cı ildə qazandıqları zəfəri yenə qazanacaqlar. Yadınıza salım ki, o müharibə bizim üçün gəzinti xarakteri daşıyırdı. Qarşıdakı savaş isə elə olmayacaq. Suriyada İranın bazasını necə vurduqsa, Livanda ondan daha dəhşətlisini edəcəyik" — kəşfiyyat rəhbəri vurğulayıb.

Xəbər lenti
0