Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qiyamçılar Sputnik-in əməkdaşını azad etdilər

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidЛоготип международного информационного бренда "Спутник", фото из архива
Логотип международного информационного бренда Спутник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 2-də ölkənin paytaxtı Səna şəhərində qiyamçılar Sputnik-in müxbirinin əməkdaşlıq etdiyi "Yemen Today" telekanalının ofisinə hücum edərək jurnalistləri girov götürmüşdülər

BAKI, 14 dekabr — Sputnik. Yəməndə "Ənsar Allah" hərəkatından olan husi qiyamçılar "Əl Yaman əl Yaum" telekanalının 40 əməkdaşını və Sputnik-in ştatdan kənar müxbirini azad ediblər.

Dekabrın 2-də ölkənin paytaxtı Səna şəhərində qiyamçılar Sputnik-in müxbirinin əməkdaşlıq etdiyi "Yemen Today" telekanalının ofisinə hücum edərək jurnalistləri girov götürmüşdülər. Jurnalistlər buna etiraz olaraq aclıq elan etmişdilər. 

Artıq bir neçə ildir ki, Yəməndə vətəndaş müharibəsi gedir. Döyüşən tərəflərdən biri husilər (şiə "Ənsar Allah" hərəkatı) və sabiq prezident Əli Abdulla Salehin ordu hissələri, digər tərəf isə sünni prezident Abd Rabbo Mansur Hadi və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadır.

Xəbər lenti
0