ABD Başkanı Donald Trump'ın Ulusal Güvenlik Danışmanı Herbert R. McMaster

Ev: Türkiyə ilə müttəfiqliyə sadiqik

103
(Yenilənib 10:35 14.12.2017)
General: ABŞ bölgəyə sabitlik gətirmək və hər cür terrora qalib gəlmək üçün Türkiyə ilə strateji müttəfiqlik niyyətinə sadiqdir

BAKI, 14 dekabr — Sputnik. ABŞ bölgəyə sabitlik gətirmək və hər cür terrora qalib gəlmək üçün Türkiyə ilə strateji müttəfiqlik niyyətinə sadiqdir.

Sputnik Azərbaycan Hürriyet qəzetinə istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının müşaviri, general Herbert McMaster ötən gün Türkiyənin ünvanına işlətdiyi ifadələrə aydınlıq gətirərkən deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERS

"Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, ərazilərindən yad silahlıların keçməsinə mane olmaq və Suriyanın strateji bölgələrindən İŞİD-i təmizləmək üçün atdığı addımları təqdir edirik. Bölgədəki hər kəsin terorizmi maliyyələşdirən və radikallığı dəstəkləyən ideologiyalara diqqəti cəlb etmək üçün görəcəyi çox iş var. ABŞ bu məsələdə Türkiyə ilə işbirliyini dərinləşdirmək fürsətini dəyərləndirəcək" — deyə general bildirib.

Xatırladaq ki, ötən gün Vaşinqtonda keçirilən bir tədbirdə McMaster Türkiyənin radikal islam ideologiyalarını dəstəkləyən ölkələrdən biri olduğunu deyib.

Türkiyənin Xarici İşlər Nazirliyi isə generalın sözləri ilə bağlı yazılı açıqlama verib.

"Ölkəmizin hər cür terrorizm və radikalizmlə mübarizə apardığını ən yaxşı bilməsi lazım gələn milli təhlükəsizlik müşaviri McMasterin reallıqla əlaqəsi olmayan iddiaları heyrət doğuran, əsassız və qəbuledilməzdir" — deyə XİN bildirib.

103
Teqlər:
Türkiyənin Xarici İşlər Nazirliyi, general, Suriya, Vaşinqton, Ağ ev, terrorizm, İŞİD, Herbert McMaster, Türkiyə, ABŞ
Əlaqədar
ABŞ-ın Qüds qərarının ilk qanlı nəticəsi
ABŞ Suriya işğalına hüquqi don geyindirməyə çalışır
Türkiyədən ABŞ-a növbəti Qüds xəbərdarlığı
Ərdoğanın ABŞ-la müttəfiqliyə son verən sözləri
Aktrisa Alissa Milano, arxiv şəkli

COVID-19 bu amerikalı ulduzdan da yan keçmədi

23
(Yenilənib 22:42 11.08.2020)
"Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Dünyanı cənginə alan koronavirus (COVID-19) bəlası Amerikanın məşhur aktirisası Alissa Milanodan da yan keçməyib.

Virus nəticəsində aktirisanın saçları tökülüb. Ulduz saçının necə töküldüyünü göstərmək üçün instaqram səhifəsində video paylaşıb. Tanınmış aktirisa izləyicilərini maska taxmağa çağırdı. Milano, xəstəlik simtonlarını aprel ayında hiss etməyə başlayıb. Virusa görə test etdirən aktirasanın nəticələri pozitiv çıxıb. Xəstəliyinin hələ də davam etdiyini bildirən aktirisa bunları deyib: "Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Qeyd edək ki, A.Milano "Kommando", "Alatoranlıq vaxtı", "Şöhrətin parıltısı", "Gəlini öp", "Patologiya", "Köhnə Yeni il", "Qorxu" və s. filmlərində rol alıb.

23
Beyrutda partlayış, arxiv şəkli

Beyrutda ölənlərin sayı yenə artdı

16
(Yenilənib 19:45 11.08.2020)
İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

BAKI, 11 avqust — Sputnik. Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 171-ə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, daha 30-40 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

16
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0