İsrailin "Dəmir Günbəz"i hərəkətə keçdi

© AFP 2023 / JACK GUEZİsrailin “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi
İsrailin “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail hərbçiləri Qəzza zolağından buraxılan iki raketi vurublar

BAKI, 14 dekabr — Sputnik. İsrail hərbçiləri Qəzza zolağından buraxılan iki raketi vurublar.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.

25 min israillinin yaşadığı Sderota şəhərində həyəcan siqnalı verilib. Xəsarət alanlar barədə məlumat verilmir.

Daha əvvəl Aşkelona rayonunda ordu "Dəmir Günbəz" havadan müdafiə sisteminin köməyi ilə fələstin raketlərini vurmuşdu və Qəzzanın şimal zolağındakı silahlıların postundan açılan atəşə cavab vermişdi.

Ötən həftədən başlayaraq, fələstinlilərin yaşadığı anklavdan İsrail ərazisinə raket zərbələrinin endirilməsi halları çoxalıb. Bu, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarını elan edəndən sonra baş verib.

Xəbər lenti
0