Şərqi Qüds Fələstinin paytaxtı kimi tanındı

© REUTERS / Kayhan Ozer / Poolİslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə iclası
İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə iclası - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 13 dekabr — Sputnik. “Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır”. Bu barədə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə iclasının yekun bəyannaməsində qeyd olunub.

Sənəddə beynəlxalq ictimaiyyət, BMT qərarlarını tanıyan bütün dövlətlər Şərqi Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırılıb: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir".

Qeyd edək ki, bu gün zirvənin açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ölkələrini Qüdsü Fələstinin paytaxtı kimi tanımağa dəvət etmişdi.

"Beynəlxalq hüquqa və ədalətə inanan bütün ölkələri Qüdsü Fələstinin paytaxtı kimi tanımağa səsləyirəm" — Ərdoğan vurğulayıb.

İstanbuldakı Qüds zirvəsində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani, Fələstinin dövlət başçısı Mahmud Abbas daxil olmaqla 16 ölkənin dövlət və hökumət rəhbərləri, ümumilikdə 48 ölkənin nümayəndələri iştirak edirlər.

Xəbər lenti
0