Silah

İş adamı narkoman oğlunu öldürdü

402
(Yenilənib 10:29 13.12.2017)
Atasının iş yerinə gələn gənc ondan pul istəyib, imtina cavabı aldıqda isə ona bıçaqla hücum edib

BAKI, 13 dekabr — Sputnik. Türkiyədə iş adamı öz oğlunu öldürüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmirdə tanınmış ayaqqabı fabrikinin sahibi Nimet Tarlak narkotik aludəçisi olan oğlunu qətlə yetirib.

31 ildir İzmirdə fəaliyyət göstərən ayaqqabı firmasının yaradıcısı və rəhbəri olan 56 yaşlı Nimet Tarlak dünən axşam saatlarında iş yerində oğlunun güllələyib. Atasının iş yerinə gələn gənc ondan pul istəyib. İş adamı ona pul verməkdən imtina etdiyinə görə Burak Tarlak atasına bıçaqla hücum edib. İş adamı da özünü qorumaq üçün oğluna iki güllə atıb.

Burak Tarlak
Burak Tarlak

Hadisədən sonra həbs edilən iş adamı oğlunun illərdir işləmədiyini, narkotika aludəçisi olduğunu və hər zaman ondan pul tələb etdiyini deyib. N.Tarlakın sözlərinə görə, hadisə qəfildən əsəbləşdiyi, həmçinin özünü qorumağa çalışdığı üçün baş verib: "Oğlumu öldürdüyüm üçün çox peşmanam".

402
Teqlər:
Türkiyə, güllə, ayaqqabı, oğul, iş adamı, Nimet Tarlak
Əlaqədar
Xəyanətə görə qayınatası tərəfindən öldürülən gəlinin görüntüsü yayıldı
Ata-oğul cinayətinin ağılasığmaz səbəbi: Ailədəki qadınları ona görə öldürüblər ki...
Rostovlu "amazonka" silsilə qətllərə azərbaycanlı ərini öldürməklə başlayıb
Salyan faciəsinin təfərrüatı: Kişi arvadını və qızlarını necə öldürdüyünü anlatdı
Terrorçular Avropa dövlətinin liderini öldürmək istəyiblər

Ərdoğan Rusiyaya səfər edəcək

3
(Yenilənib 15:19 20.09.2021)
Peskov bildirib ki, doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya paytaxtı Moskvaya işgüzar səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə edəcəklər: "Doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır. Gündəlik – çox genişdir, ikitərəfli münasibətlərdən başlayır", - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin martın 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Təxminən 6 saat davam edən görüşün sonunda tərəflər 2018-ci il Soçi Razılaşmasına 3 maddəlik əlavə protokol mətnini ictimaiyyətə açıqlayıb və gözlənilən atəşkəsi də elan ediblər.

Hərbi əməliyyatların getdiyi vaxt rəsmi Ankara tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Ərdoğan AKP-li millət vəkilləri ilə görüşündə deyib ki, Əsədə bağlı qüvvələr Soçi anlaşmasından sonrakı il yarım ərzində ələ keçirdiyi əraziləri tərk etməsə, Türkiyə bu işi özü yerinə yetirəcək. Bu, birbaşa ultimatum hesab olunurdu.

3
Avstraliyalı hərbi qulluqçu Kabil hava limanında

Kabil aeroportu öz fəaliyyətini bərpa edib

29
(Yenilənib 11:13 20.09.2021)
Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.

BAKI, 20 sentyabr - Sputnik. Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əfqanıstanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Mlumatda qeyd olunur ki, bu il avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.

Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.

Qeyd edək ki, avqustun 26-da Kabildə güclü partlayış olub.

Talibanın* nümayəndəsi Zabiulla Mücahid Kabildə baş verən sonuncu partlayışın ABŞ hərbçiləri tərəfindən hərbi sursatların məhv edilməsi üçün törədildiyini bildirmişdi.

Kabildə baş verən partlayışlarda on iki Amerika əsgəri və 60 nəfər əfqan həlak olub. Partlayışlardan biri əcnəbilərin yığışdığı Baron otelinin yanında törədilib. Məlumatlara görə, Kabil aeroportu yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı ən azı 90 nəfərdir.

Taliban* qadınları aeroportda işə dəvət edib

Kabil aeroportunun aralarında qadınların da olduğu işçiləri Taliban* hərəkatının xahişi ilə işə qayıdırlar. Bu barədə hələ sentyabrın 13-də Tolo News telekanalı məlumat yayıb. 

"İşə qayıtmağımızı xahiş etdikləri üçün şadıq. İstəyirik ki, bundan sonra hökumət bizə maaş ödəsin", - aeroportda işləyən yüz qadından biri olan Zahra Amiri telekanala müsahibəsində deyib. 

Lida adlı digər qadın əməkdaş isə deyib ki, taliblərin gəlişindən sonra işlərini dayandırmalı olublar. "İndi isə biz havayı işləyirik", - o əlavə edib.

Telekanal bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban* da şərh verməkdən imtina edib.

Tolo News qeyd edir ki, avqustun 15-də taliblər hakimiyyətə gəldikdən sonra dövlət işçilərinin əksəri işə çıxmayıb.

Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.

Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.

* Rusiya Federasiyasında və dünyanın bir sıra ölkəsində qadağan olunmuş terror qruplaşması. 

29