Dünyada səyahət üçün ən maraqlı yerlər: Onlardan biri Qafqazdadır

© Sputnik / Aleksandr Chipurin / Mediabanka keçidИсторический центр в Тбилиси, фото из архива
Исторический центр в Тбилиси, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Reytinq tərtibatçılarının fikrincə, arxitektura rəngarəngliyinə, xəngələ və yerli sakinlərin inanılmaz qonaqpərvərliyinə görə bu şəhərə səfər etmək lazımdır

BAKI, 13 dekabr — Sputnik. 2018-ci ildə hara səyahət etmək olar? Sputnik Azərbaycan xəbər verir ki, "National Geogrephic" jurnalının redaksiyası bütün dünyadan olan turistlər üçün ən maraqlı yerlərin sıyahısını tərtib edib.

Reytinq müəllifləri birinci yerə Efiopiyanın Xarar şəhərini çıxarıblar. Bu şəhərə getməyə cürət edən turistlər 82 məscidi ziyarət edə, ölkədə hazırlanan ən yaxşı pivəni və çox ətirli qəhvə içə bilərlər. Bundan əlavə, onlar gecələr şəhərə gələn goreşənlərlə qarşılaşa bilərlər. Yeri gəlmişkən, həmin goreşənləri xüsusi olaraq yemləyirlər.

Reytinqdə ikinci yerdə Argentinanın Jujuy əyaləti gəlir. Bu əyalətdə əsas görməli yer YUNESKO-nun Ümumdünya İrsinə daxil edilən gözəl Kebrada-de-Umauaka vadisidir. Əsrarəngiz qayalarla əhatəyə alınan bu yerdə qədim dövrlərdən insanlar yaşayır. Ovçuluq və yığımçıllıqla məşğul olan qədim insanlar bu ərazidə bizim eradan 9 min il əvvəl yaşayıblar.

Nəhayət, üçüncü yerə Tbilisi şəhəri layiq görülüb. Reytinq tərtibatçılarının fikrincə, arxitektura rəngarəngliyinə, xəngələ və yerli sakinlərin inanılmaz qonaqpərvərliyinə görə bu şəhərə səfər etmək lazımdır.

Üçüncü və dördüncü yerlərdə Avstraliyanın Sidney və Meksikanın Oaxaka ştatı gəlir. İlk onluğa Vyana, Havay adalarındakı Oaxu adası, Malmö, İordaniya və Dubay da daxildir.

Xəbər lenti
0