ABŞ-ın qapıları müsəlmanların üzünə tamamilə bağlana bilər

© Sputnik / Андрей Стенин / Mediabanka keçidЖенщина в хиджабе, архивное фото
Женщина в хиджабе, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp miqrasiya proqramının dayandırılmasını istəyir

BAKI, 12 dekabr — Sputnik. "Nyu-Yorkda törədilən terror aktı bir daha göstərdi ki, Konqres amerikalıları qorumaq üçün lazımi islahatlar həyata keçirməlidir, həmçinin də miqrasiya sahəsində".

Nyu-Yorkda partlayış - Sputnik Azərbaycan
Nyu-York partlayışını törədən şəxs məlum oldu

Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib. "Təkcə son iki ay ərzində Nyu-Yorkda iki terror aktı olub. Sonuncu hücumu reallaşdıran şəxs ölkəmizə, milli təhlükəsizliyə zidd olan ailə miqrasiyası proqramı ilə gəlib. Konqres bu cür miqrasiyanı dayandırmalıdır. Bu təhlükəli sistemin Amerikaya vurduğu zərər çoxdan bəllidir" — deyə prezident vurğulayıb.

Xatırladaq ki, dekabrın 11-də Banqladeş vətəndaşı Akayed Ullah Nyu-Yorkda partlayış törədib. Hadisə nəticəsində 4 nəfər yaralanıb. 27 yaşlı Akayed 2011-ci ildən qanuni əsaslarla ABŞ-da yaşayır. O, polisə ifadəsində Amerikanın Suriya və İraqdakı fəaliyyətini pisləyib, cinayəti qisas məqsədilə törətdiyini bildirib.

Xəbər lenti
0