Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezidentlərin növbəti görüşünün yeri məlum oldu

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время совместного заявления для прессы по итогам российско-турецких переговоров, 11 декабря 2017 года
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время совместного заявления для прессы по итогам российско-турецких переговоров, 11 декабря 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Türkiyə prezidentləri arasında növbəti görüş Soçidə keçiriləcək

BAKI, 12 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriya münaqişəsinin həlli məsələsini müzakirə etmək üçün rusiyalı həmkarı ilə yenidən Soçidə görüşmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün biz Suriya məsələsinə, xüsusilə də Soçi görüşü zamanı qəbul olunan qərarlara toxunduq. Bundan sonra nə edə biləcəyimizi müzakirə etdik və qərara gəldik ki, bu proses üçün ikinci dəfə yenə Soçidə bir araya gələk və prosesin irəliyə aparılmasından ötrü hansı əlavə addımları ata biləcəyimizi müəyyən edək" — deyə Ərdoğan bildirib.

"Digər tərəfdən hesab edirəm ki, biz Astana prosesinin zamin duran ölkəsi kimi Cenevrə danışıqlarına öz mühüm töhfəmizi verə biləcəyik" — deyə o əlavə edib.

Xəbər lenti
0