Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ankarada: Ərdoğanla görüşdə nələr müzakirə ediləcək?

© Photo : Kayhan Ozer/Presidential Palace/Handout via REUTERSHamburqda Ərdoğan-Putin görüşü
Hamburqda Ərdoğan-Putin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Peskov: "Görüşdə Suriyadakı siyasi nizamlamanın perspektivləri müzakirə olunacaq"

BAKI, 11 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ankaraya rəsmi səfərə gedib. Onun Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla danışıqları nəzərdə tutulur.

"Ərdoğan və Putin bu gün əsasən Suriyadakı vəziyyəti müzakirə edəcəklər". Sputnik Türkiyə xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Görüşdə Suriyadakı siyasi nizamlamanın perspektivləri müzakirə olunacaq. Putinin bu gün rus qoşunlarının Suriyadan çıxarılması ilə bağlı verdiyi əmr də məhz buna görədir" — sözçü qeyd edib.

Peskov, həmçinin deyib ki, Türkiyə-Rusiya arasında ticarət, iqtisadiyyat münasibətlərinin müzakirəsi də gözlənilir.

Xəbər lenti
0