Türkiyə və İsrail bayraqları

Türkiyədən ABŞ İsrailə qarşı sərt əks həmlə

1086
(Yenilənib 11:56 11.12.2017)
"Türkiyə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyacaq"

BAKI, 11 dekabr — Sputnik. "Türkiyənin İsrailə qarşı "B" planı var. Tezliklə bunu hər kəs görəcək". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hökumətə yaxınlığı ilə bilinən "Hürriyet" qəzetinin yazarı, siyasi şərhçi Abdulkadir Selvi bugünkü məqaləsində yazıb.

"Hazırda Qüds məsələsi ilə bağlı ən doğru strategiya izlənilir. Türkiyənin "yol xəritəsi" var. Həmin "yol xəritəsi"nə əsasən, BMT, Avropa İttifaqı, Rusiya, Çin, İngiltərə, Fransa və digər böyük dövlətlərlə ABŞ və İsrailə qarşı lobbiçilik fəaliyyəti yürüdülür. Çünki həmin təşkilatlar və dövlətlər də Qüds məsələsində Ankara ilə eyni blokda yer alır" — Səlvi yazıb.

Politoloq qeyd edib ki, diplomatik müzakirələr nəticəsiz qalsa, Türkiyənin "B" planı işə düşəcək: "Ankara artıq duyğuları ilə hərəkət etməyəcək. Prezident Ərdoğan Qüds ətrafında yaranan qalmaqalla bağlı mümkün olan ən güclü beynəlxalq koalisiyanı yaratmağa çalışacaq. Bunun üçün dünya liderləri ilə mütəmadi görüşülür".

"Çünki ABŞ-ın Qüdslə bağlı verdiyi qərar böyük planın ilk mərhələsi kimi anlaşılır. Yekun hədəf isə müsəlmanların ilk qibləgahı olan əl-Əqsa məscidi olacaq. Türkiyə dövləti hazırda çalışır ki, mövzu beynəlxalq müstəvidə müzakirə edilsin, daha həssas yanaşılsın" — o vurğulayıb.

"Bunlar "A" planıdır. "B" planı isə odur ki, İsraillə diplomatik əlaqələr kəsiləndən sonra Türkiyə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyacaq" — A. Selvi əlavə edib.

Qeyd edək ki, bu gün, həmçinin Rusiya prezidenti Vladimir Putin Qüds məsələsini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Rusiya lideri türkiyəli həmkarı Ərdoğanla təkbətək görüş keçirəcək.

1086
Teqlər:
"A" planı, "B" planı, "yol xəritəsi", dövlət, Ərdoğan, Fələstin, İsrail, Türkiyə, ABŞ
Əlaqədar
Qüds qərarı Trampındır, yoxsa İvankanı yəhudi edən kürəkəni Kuşnerin?
Ərdoğan İlham Əliyevi “Qüds toplantısı”na dəvət etdi
"Qüds gedişi" Trampı xilas etdi
Türkiyə hökuməti Qüdsdəki gərginliklə bağlı açıqlama verdi
Tramp Yaxın Şərqi qarışdıracaq qərarı verdi: “Qüds İsrailin paytaxtıdır”
Roma papası da Qüdsdən danışdı: “Narahatam”

Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"

15
"Bu problemin bir həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Bu olmadığı müddətdə bu problem həll oluna bilməz"

BAKI, 29 sentyabr — Sputnik. Qarabağ probleminin bir həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu problemin bir həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Bu olmadığı müddətdə bu problem həll oluna bilməz. Meydanda və masada Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik", - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

15
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Almaniya kansleri Angela Merkel, arxiv şəkli

Angela Merkel Prezident İlham Əliyevə zəng edib

95
İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır

BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.

Dövlətimizin başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, mülki şəxslər həlak olub və yaralanıblar, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

Fransa Prezidenti Emmanuel Makron, arxiv şəkli
© AFP 2020 / GONZALO FUENTES / POOL

Dövlətimizin başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dalıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Ermənistanın müdafiə naziri yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyib və bu plan reallıqda həyata keçirilir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır.

Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.

95
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub
İlham Əliyev Türkiyə prezidentinə təşəkkür edib
Rus İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı
Peskov: Vladimir Putinlə İlham Əliyevin söhbəti lazım gəldikdə baş tutacaq
"Qoşunların təmas xətti boyu əməliyyatlar davam edir, bu, vətən müharibəsidir!