Mixail Saakaşvili

Tbilisi Saakaşvilinin ekstradisiyası tələbində israrlıdır

68
(Yenilənib 10:00 11.12.2017)
Heç kim M.Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil

BAKI, 11 dekabr — Sputnik. "Rəsmi Tbilisi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil". Sputnik Azərbaycan virtualaz.org-a istinadın bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan mədəniyyət naziri Mixail Georqadze bildirib.

M.Georqadze deyib ki, heç kim M.Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil, eyni zamanda Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib: "Mixail Saakaşvilinin Kiyevdə saxlanılmasına gəlincə, Ukrayna tərəfinin konkret məsələ ilə bağlı konkret sualları var".

Qeyd edək ki, 2014-cü ildə Gürcüstanda M.Saakaşviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb. Sabiq prezident 2007-ci il noyabrın 7-də aksiyaçılara qarşı zorakılığın, "İmedi" telekanalına hücumun təşkilində, biznesmen Badri Patarkatsişvilinin əmlakını qanunsuz mənimsəməkdə, 2005-ci ildə deputat Valeriya Qelaşviliyə qarşı hücum təşkil etməkdə, bankir Sandro Qirqvlianinin qətlinin istintaqına mane olmaqda, 2009-2012-ci illərdə dövlət vəsaitindən sui-istifadə etməkdə günahlandırılır.

68
Teqlər:
ekstradisiya, tələb, Mixail Saakaşvili, Gürcüstan, Kiyev, cinayət
Əlaqədar
Mixail Saakaşviliyə geri çəkilmək üçün hədə-qorxu gəliblər
Saakaşvili tərəfdarları ilə polislər arasında əlbəyaxa dava düşdü
Saakaşvili saxlanıldı, Təhlükəsizlik Xidməti bunun səbəbini açıqladı
Saakaşvili intihar etmək istəyir - VİDEO
Kiyevdə Saakaşvili tərəfdarları prezidentin impiçmenti tələbi ilə yürüş keçirirlər

Türkiyənin Baş Prokuroru: Ermənistanın terrorçu hücumlarını lənətləyirəm

0
(Yenilənib 19:47 28.09.2020)
Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin: "Din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm"

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Cumhuriyyətinin Baş Prokuroru Bəkir Şahin Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə göndərdiyi mesajda Ermənistanın hücumlarını lənətlədiyini dilə gətirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, B.Şahin K.Əliyevə göndərdiyi mesajda Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə edilən hücumlardan hiddətləndiyini ifadə edib.

"Dünən də, bu gün də, sabah da din və qan qardaşımız, tək millət iki dövlət olan can Azərbaycana istiqamətlənmiş Ermənistanın terrorçu hücumlarını lənətləyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Yaralılara şəfa diləyirəm", - deyə B. Şahin K.Əliyevə telefon zəngi zamanı bildirib.

0
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

İlham Əliyev Türkiyə prezidentinə təşəkkür edib

21
(Yenilənib 20:01 28.09.2020)
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti, əziz qardaşı cənab Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib.

"Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən hörmətli cənab Prezident başda olmaqla qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir", - deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olub:

"Prezident İlham Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Azərbaycan və Türkiyə "Bir millət iki dövlət" prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir".

21